Bu gün tanınmış jurnalist, "AzeriDefence" jurnalının Baş redaktoru Rəşad Süleymanov vəfat edib.
Yenisabah.az mia.az-a istinadla xəbər verir ki, jurnalist koronavirusdan müalicə olunurdu.O, az əvvəl dünyasını dəyişib.
Xatırladaq ki, Rəşad Süleymanov uzun illərdir peşəkar jurnalist kimi fəaliyyət göstərirdi. O, ölkənin aparıcı KİV-lərində çalışıb.
Allah rəhmət eləsin!
Tarix: 15-12-2020, 11:51