Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törətdiyi təxribat zamanı düşmənin üç hərbçisi xəsarət alıb. Onların vəziyyəti stabildir.Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, dekabrın 11-də saat 20:40 radələrində Hadrutda atışma olub, nəticədə üç erməni hərbçi yaralanıb.
Xatırladaq ki, Hadrutda erməni təxribatı barədə ilk dəfə dünən haqqin.az saytı məlumat yaymışdı.
Tarix: 12-12-2020, 15:13