Onu PUA-ların idarə edilməsində işlədilən texnologiya ilə vurublar?
İranın nüvə alimi Möhsün Fəxrizadənin uzaqdan idarə olunan silahla qətlə yetirilməsi dünyada sui-qəsdlərin kosmik idarəetmə mərhələsinə daxil olması anlamına gəlir.Sui-qəsddən ötən 10 gün ərzində ortada olan məlumatlar onu deməyə əsas verir ki, Möhsun Fəxrizadənin aradan götürülməsi dəqiqliklə planlanıb və icra olunub. Bu sui-qəsdin planlaşdıranlar icraçıların həyatını da xüsusi olaraq düşünüblər. Eyni zamanda cinayətin izləri, subut-dəlillərinin olmamasına da xüsusi önəm veriblər.
Nə baş verib?Noyabrın 27-də Möhsun Fəxrizadə həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən (Mazandaran əyaləti) Tehran əyalətinin Absard şəhəri istiqamətinə gedərkən yolda olduğu maşın atəşə tutulub. Həmin vaxt Möhsün Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edirmiş. Alim ortadakı zirehli maşında olub. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Belə ehtimal var ki, Fəxrizadə avtomobilin mühərrikində problemi olduğunu zənn edərək maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən ona tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb. Alim 4 güllə yarası alıb. Bir neçə güllə isə onun mühafizəçisinə dəyib. “Nissan” avtomobilinin sahibinin oktyabrın 29-da İranı tərk etdiyi bildirilir. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nüvə fiziki Möhsün Fəxrizadənin peykdən idarə edilən silahla öldürüldüyünü təsdiqləyib. Bu nə silahdır? Dünyanın digər nöqtələrində istifadə edilirmi?
Ondan başlayaq ki, Möhsün Fəxrixazadə sıradan şəxs deyil. O, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəridir. Onu həm də İranın atom bombasının “atası” adlandırırdılar. Amerikanın “Foreign Policy” nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biri idi.
Onun bu şəkildə sui-qəsdlə öldürülməsindən sonra diqqəti İsrailə yönəldənlər də var.Amma sui-qəsddə İsrailin ittiham edilməsi üçün birbaşa dəlillər yoxdur.Nüvə məsələsində ABŞ-ın da İrana qəzəbi sirr deyil...Bütün hallarda İranlı alimin vurulmasında uzaqdan idarəetmədən istifadə edildiyi deyilir.PUA-ların peyk vasitəsi ilə iradə edilməsi də kimsəyə sirr deyil. Smartfona və planşetə qoşula bilən PUA-ların olması da günümüzün reallığıdır. Mümkündür ki, İranda nüvə aliminin aradan götürülməsində də PUA-ların idarə edilməsində işlədilən texnologiyadan istifadə olunub.
Sadəcə nüvə alimini PUA ilə vurub əlavə səs-küy yaratmaq, sui-qəsdin hansı ünvandan dəlil-sübutlarla ortaya qoyulmasını istəməyiblər. Belə ehtimal irəli sürmək olar ki, PUA-larda quraşdırılan intellektual kamera-izləmə sistemi bu dəfə “Nissan” üzərində quraşdırılan pulemyota inteqrasiya edilib. Sui-qəsddə məhz pulemyotun seçilməsi Möhsün Fəxrizadənin ziherli maşında hərəkət etməsi ilə əlaqədardır. Daha yüngül silah maşındakı zirehi dəlib keçməyə bilərdi. Lazım olan an, yəni Möhsün Fəxrizadənin maşını pulemyotun atəş dəirəsinə çatanda peyk üzərindən atəş əmri verilib. Sonradan pulemyotun olduğu nəqliyyat vasitəsi də peyk üzərindən ötürülən digər əmrlə məhv edilib. Bununla da sui-qəsdin izləri silinib, icraçıların ələ keçmə ehtimalları da sıfırlanıb.
“Yeni Müsavat
Tarix: 8-12-2020, 09:10