Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli vəfat edib.“Report” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.
M.Səfərli
62 yaşında koronavirusdan vəfat edib.
Qeyd edək ki, M.Səfərli 1958-ci ildə anadan olub. O, Milli Məclisin II çağırış (2000-2005) deputatı olub. 1993-cü ildən isə Azərbaycan Yurddaş Partiyasının sədri idi.
Allah rəhmət eləsin!
Tarix: 7-12-2020, 10:26