Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.Axar.az Report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
***
Koronavirusdan vəfat edən Tərtər rayon prokuroru Şıxəli Alməmmədov sabah dəfn ediləcək.Ş.Alməmmədov dekabrın 4-də Göygöl rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Ş.Alməmmədov bu gün koronavirusdan vəfat edib
Tarix: 3-12-2020, 22:10