Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub
Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub. APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb. Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq. Allah rəhmət eləsin!