Neft şirkətinə məxsus obyektə raket hücumu olub


“Ənsar Allah” (Husilər) hərəkatından olan yəmənli hərbi qiyamçıların nümayəndəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco” dövlət neft və qaz şirkətinin paylama stansiyasına raket hücumu edildiyini bildirib.
 
Pravda.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 
Həmçinin husilər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmalarında dair tövsiyə ediblər.
 
Səudiyyə Ərəbistanı rəhbərliyi husilərin hücumu barədə məlumatı təsdiqləməyib.
Tarix: 23-11-2020, 10:23
Xəbəri paylaş



Xəbər lenti