Qarabağ separatçılarının lideri Araik Arutyunyan erməni general Mikael Arzumanyan tərəfindən döyülüb.Avropa.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Qəzet yazıb ki, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra qondarma rejimin rəsmiləri toplantı keçiriblər.
Toplantı zamanı “müdafiə ordusu”nun komandiri Mikael Arzumanyan əsəblərinə hakim ola bilməyərək qondarma rejimin liderinə zərbə endirib.
Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın “müdafiə naziri” Cəlal Arutyunyanın məhv edilməsindən sonra onun yerinə Mikael Arzumanyan təyin olunmuşdu.
Tarix: 12-11-2020, 20:46