Tərtərdə 8 noyabr –Şanlı Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə bayram konserti olub


8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adına parkda bayram konserti təşkil olunub.

Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şursının sədri Faiq Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları  iştirak ediblər.

Tərtər Mədəniyyət Mərkəzinin “Qarabağ” ansamblının, əməkdar artistlər  Güllü Muradovanın, Elnur Zeynalovun və tanınmış müğənnilər Yeganə Mürsəlovanın, Ülkər Abdullayevanın, Habil Nuranın ifa etdikləri vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 Yüksək coşqu ilə keçən konsert proqramı bayram atəşfəşanlığı ilə sona çatıb.


Tarix: 9-11-2025, 09:07
Xəbəri paylaş



Xəbər lenti