
…Media yazır ki, AzTV sədri Rövşən Məmmədov kanal üçün helikopter almaq istəyib… Bəli, istək diş altındadır, -deyiblər, 26 milyon manatlıq büdcə vəsaitini, hansı ki, bu vəsaitdə hər kəsimizin büdcə öhdəliyi yatır, qanunsuz olaraq xırıd edənin helikopter həvəsinə düşməsi təbiidir. Bu mənada, R.Məmmədovun AzTV üçün, hətta tank almaq həvəsinə düşməsini eşitsəniz, təəccüblənməyin. Halbuki, dünya səma çəkilişlərində dronlardan istifadə edir. Helikopter keçmişdə qaldı.
Yox, AzTV sədrini kimsə inandırıbsa ki, hadisə yerinə dərhal çatmaq üçün helikopter lazımdır, buna da zərurət yoxdur. Çünki AzTV-nin hər yerdə xüsusi müxbirləri var. Yaxud, AzTV indiyədək hansı operativ çəkilişlər edib ki, hadisə yerindən?! Hamı çəkib yayandan sonra AzTV müxbiri peyda olub. Və sair və ilaxır… İndi hamının əlində bir mobil telefon var və anında çəkib yayırlar… Məqsəd hadisədən hamını və aidiyyəti qurumları xəbərdar etməkdirsə, bu da baş verir də…
***
Beləliklə, xatırladaq ki, dron çəkilişlərinin ultra keyfiyyətli olduğu dövrdə AzTV sədrinin bir neçə milyon dollara helikopter almaq istəyi sosial mediada müzakirələrə səbəb olub. Bir neçə gün əvvəl Hesablama Palatasının keçirdiyi audit nəticəsində “AzTV”də 26 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb. Məlub olub ki, “AzTV” əməkhaqqı formasında ödənilməli olan vəsaitləri qanunsuz olaraq, qonorar adı ilə rəsmiləşdirib. Bundan sonra isə AzTV sədri Rövşən Məmmədovun helikopter almaq istəyi üzə çıxıb. Və maraqlıdır ki, AzTV rəhbərliyi nə 26 milyonluq qanunsuz məsrəflə, nə də helikopterlə bağlı heç bir ciddi açıqlama verməyib.
Bir də ki, nə desin, Hesablama palatası sözü deyib, ictimaiyyət də dərsini verdi…
SƏBUHİ