Vüqar Behbudovun fəaliyyəti yoxlanılır

Vüqar Behbudovun fəaliyyəti yoxlanılır
2025-ci ilin işlər planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində nəzarət tədbiri həyata keçirilir.

XALQ məlumatına görə, Hesablama Palatasından məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adı çəkilən agentlikdə audit prosesi hazırda davam edir.

Qeyd edilib ki, yoxlamalar “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun aparılır.

Qurumdan əlavə məlumatın nəticələr yekunlaşdıqdan sonra açıqlana biləcəyi qeyd olunub.
Tarix: 7-11-2025, 12:53
Xəbəri paylaş



Xəbər lenti