AzTV-də yoxlamaları Ramiz Mehdiyevlə nə bağlayır?



AzTV-də audit yoxlamaları və ciddi maliyyə nöqsanlarının aşkarlanması bəzi suallar doğurub. 

Siyaset.info bildirir ki, məhz indi bu yoxlamaların aparılması bir səbəblə əlaqələndirilir. Belə ki, sabiq PA rəhbəri Ramiz Mehdiyevin uzun illər AzTv-də təsirləri olub. İstisna deyil ki, bu müddətdə Mehdiyev dövlət televiziyasının həm maliyyə məsələlərinə, həm idarəçiliyinə təsir göstərib. Sabiq PA rəhbərinə cinayət işi açıldıqdan sonra audit yoxlaması göstərir ki, AzTV rəhbərliyinin Mehdiyevlə əlaqələri də təftiş oluna bilər. Yeri gəlmişkən, bir müddət əvvəl Prezidentinin köməkçisi Hikmət Hacıyevlə AzTV sədri Rövşən Məmmədov arasında qalmaqal yaşanmışdı. 
Hacıyev bir müddət öncə  AzTV ilə bağlı müəyyən iradlarını bildirib və təkliflərini səsləndirmişdi. Əvəzində isə gözlənilmədən Rövşən Məmmədovun yaş və subardinasiyaya qətiyyən uyğun olmayan reaksiyası, kobudluğu ilə üzləşmişdi. O zaman Rövşən Məmmədovu Hikmət Hacıyevə qarşı cavab verməyə cəsarətləndirən də görünür ki, Mehdiyevə arxayınçılığı olub. Əks halda, prezident köməkçisinə reaksiya verməyə özündə o gücü tapmazdı. İndisə üzə çıxan maliyyə nöqsanları nəzərləri yenidən Mehdiyev-Məmmədov tandeminə yönəldib. Ümumiyyətlə, Mehdiyevin komandasına daxil və ya təsir dairəsi olan yerlərlə bağlı ciddi araşdırmalar gedir 

Azər Talıbov
Siyaset.info

Tarix: 5-11-2025, 12:07
Xəbəri paylaş



Xəbər lenti