Sentyabrın 27-si səhər saatlarından başlayaraq respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da anım mərasimləri keçirilir. Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, eləcədə rayon sakinləri Şəhidlər Abidə Kompleksini ziyarət edir, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, Milli Məclisin deputatı Anar Məmmədovun köçəkçisi Elçin Cahangirov, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə birlikdə Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Sonra 27 sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.