“Körpü-Bina-Tikinti” MMC ilə bağlı növbəti qalmaqal

"DogruXeber.tv" xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində “Körpü-Bina-Tikinti” MMC tərəfindən inşa edilən 30 milyon manatlıq layihə istehza və ironiya ilə qarşılanıb. Məsələ ilə bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "Facebook" hesabında geniş paylaşım edib və ictimaiyyətin diqqətinə mühüm məqamları çatdırıb.

Jurnalistin yazısı olduğu kimi təqdim olunur:

“Sosial şəbəkələrin erməni seqmentində “Körpü-Bina-Tikinti” MMC-nin Ağdamın Xıdırlı kəndindəki 30 milyon manatlıq əsərini ələ salırlar. Bu həmin şirkətdir ki, ötən il Sabunçu rayonunda yağış sularının iki nəfərin həyatına son qoyduğu tunelin də podratçısıdır. Bu həmin şirkətdir ki, sahibi Xaliq Göyüşovun uşaqları Almaniyanın Hamburq şəhərində AGO PARK Hotel-i 40 milyon avroya satın alıb.”

Paylaşım ictimai müzakirələrə səbəb olub və xüsusilə Qarabağda aparılan bərpa və tikinti işlərində şəffaflıq məsələsini yenidən gündəmə gətirib. Əlavə olaraq, eyni şirkətin həm paytaxt Bakıda faciə ilə nəticələnmiş layihədə, həm də işğaldan azad olunmuş ərazilərdə milyondlarla dəyəri olan layihələrdə iştirak etməsi geniş suallar doğurur.

Məlumatda adı çəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.

“Körpü-Bina-Tikinti” MMC ilə bağlı növbəti qalmaqal

“Körpü-Bina-Tikinti” MMC ilə bağlı növbəti qalmaqal



Tarix: 25-09-2025, 23:43
Xəbəri paylaş



Xəbər lenti