Sabiq məmurların İspaniya macərası: Yeyilən milyonların izi ilə... İDDİA

Vaxtiylə Əmlak Məsələləri Dövlət Komitəsindəki bəzi məmurların öz fəaliyyətində ciddi pozuntulara yol verdiyi, bu səbəbdən də medianın davamlı tənqidinə məruz qaldığı heç kimə sirr deyil. (Nümunə - https://teref.az/karusel/43979-kerem-hesenovun-diqqetine-ferahim-mirzeyev-kimin-sag-elidir.html )

Bu da sirr deyil ki, həmin məmurlaırn bir çoxu bu gün də məsuliyyətə cəlb olunmamış, xaricdə qurduqları nəhəng biznes imperiyasını idarə etməkdədir. Belə məmurlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi İdarəsinin sabiq rəisi Fərahim Mirzəyevdir.

Uzun müddər Bakı şəhər Ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Fərahim Mirzəyev vəzifədə olduğu illər ərzində dövlət əmlakına qənim kəsilmiş, min hektarlarla torpaq sahəsini ən müxtəlif yollarla mənimsəmişdir. Yaxın ətrafının adına su qiymətinə rəsmiləşdirdiyi torpaqları sonradan iş adamlarına baha qiymətə satan sabiq məmur, həmin pullar hesabına həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından kənarda özünə böyük biznes imperiyası qurmuşdur. Fərahim Mirzəyev bu gün də xaricdə çoxlu sayda daşınmaz əmlaka sahib şəxslərdən biri kimi tanınır. Onun İspaniyada bahalı mülklər, restoran və ticarət obyektləri aldığı da gələn xəbərlər arasındadır.

Aydındır ki, Fərahim Mirzəyev bu pulları tək yeməmiş, qanunsuz pullar hesabına Əmlak Komitəsindəki bəzi yetkililəri də “bəsləmişdir”. Məhz bu “xidmətərinə” görə bəlli bir müddətdən sonra Fərahim Mirzəyev Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat almışdır. Bu gün də Dövlət Əmlak Xidmətindəki postunu qoruyub saxlayan Rüstəm Şahbazovun, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun və digərlərinin də Fərahim Mirzəyevin süfrəsinin “daimi qonağı” olduğu ehtimal edilir.
Lalə Əliyeva
TEREF olaraq adları çəkilən şəxslərlə əlaqə qurmaq istəsək də bu bizə müyəssər olmadı. Lakin məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəsxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
TEREF
Vaxtiylə Əmlak Məsələləri Dövlət Komitəsinin yerlərdəki əsas yetkililərindən biri olan Loğman adlı şəxsin də Fərahim Mirzəyevin himayəsi altında çoxsaylı qanunsuzluqlara yol verdiyi məlum həqiqətlərdən biridir.

Ümid edirik ki, əlaqədar qurumlar Fərahim Mirzəyevin, o cümlədən ona bağlı digər yetkililərin vaxtiylə yol verdikləri mənimsəmələrlə bağlı ətraflı araşdırma aparacaq, dövlətdən oğurlanaraq xaricə daşınan pulların yenidən doğma Azərbaycanımıza qaytarılması, Qarabağdakı böyük quruculuq işinə sərf olunması təmin ediləcək.

Tarix: Dünən, 09:13
Xəbəri paylaş



Xəbər lenti