
Redaksiyamıza Gəncə-Daşkəsən regional təhsil idarəsinin rəisi Elçin Kərimovun səlahiyyətlərini aşması barədə yetərincə məlumat daxil olub. Bu məlumatları vaxtaşırı oxucularımıza təqdim edəcəyik. Amma ən qəribəsi budur ki, iddialara görə E.Kərimov cəzasızlıqdan ruhlanaraq heç kimdən, heç bir dövlət qanunundan qorxmadan, sözün əsl mənasında, heç kimi vecinə almadan rəhbəri olduğu GƏNCƏ-DAŞKƏSƏN regional təhsil idarəsindən ata mülkü kimi istifadə edir. Kimi istəsə lap sıfır balı olsa belə işə qəbul edir, kimi istəsə işdən azad edir. Sonuncu imtahanlarda az bal toplamasına baxmayaraq, E.Kərimovun havadarlığı ilə bu gündə öz postunu qorumağı bacaranlardan biridə Təranə xanım Cəbrayılovadır.
İddialara görə, Təranə xanım imtahanlardan keçid balı toplamamasına baxmayaraq bu gün E.Kərimovun havadarlığı ilə günü gündən yüksək mövqeylər tutmaqdadır. Deyilənlərə inansaq ilk günlər sıfır keçid balı olan Təranə Cəbrayılovaya E.Kərimov tərəfindən bir il təhsil məzuniyyəti həvalə olundu. Bu həvalə etmə uzadıla-uzadıla düz bir il tamam olub. İddialara inansaq T.Cəbrayılova Goranboy rayon Hacı Məmməd kənd Turab Məmmədov adına tam orta məktəbində E.Kərimovun pul yığanı olub. T.Cəbrayılovanın əzmkar əməyinə qiymət olaraq E.Kərimov onu 01.08.2025 -ci il tarixdə Dəliməmmədli şəhər tipli məktəbdə direktorun təşkilatı işləri üzrə müavini təyun olunması barədə qərar qəbul edir. Demək bu təyinatdan belə qənatə gəlmək olur ki, Gəncə-Daşkəsən regional təhsil idarəsinə bacarığlı, savadlı imtahanlardan yüksək bal toplayan təhsil verən müəllim yox, imtahandan sıfır bal toplasa belə yaxşı rüşvər almağı bacaranlar lazımdı. İddialara görə, Turab Məmmədov adına məktəbin Neman Eminov adlı əməkdaşı bu gün dələduzluq maddəsi ilə hazırda məhkumluq həyatı yaşayır. Deyilənə görə onun dələduzluq etməsində Təranə Cəbrayılovanın da əli var imiş. O, həbsə salındı, T.Cəbrayılova isə daha yüksək vəzifəyə getdi. Bax, budur həyatın qəribəliyi...
Təranə xanım keçid bal toplaya bilməsə də, o insan yüksək vəzifəyə təyin olunmuşdur.
İddialara görə T.Cəbrayılovanın keçid balı yoxdur, amma Gəncə-Daşkəsən regional təhsil idarəsinin rəhbəri E.Kərimov onun arxası, havadarıdır.
Tarix: Bu gün, 17:51