İSMAYILLI RAYON MƏHKƏMƏSİNİN QƏRARI “GİNNESİN “REKORDLAR KİTABINA DÜŞƏCƏK

Məlum olduğu kimi bir neçə ay əvvəl İsmayıllı rayon mərkəzi xəstəxanasında baş verən ölüm faktı ilə bağlı saytımızda bir neçə məqalə dərc olunmuşdu.Hadisə 23 dekabr 2023-cü il tarixində İsmayıllı rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib və rayon prokurorluğunda cinayət işi başlanıb,daha sonra baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmə prosesində mərhumə Ülviyyə Əhmədovanın həyat yoldaşı zərərçəkmiş Cəmil Əhmədov iştirak etmiş, eyni zamanda mərhumənin atası və digər yaxın qohumları iştirak etmişlər.Həmin vaxtı zərərçəkmişlərin sözlərinə görə doğum şöbəsinin müdiri Sevinc Seyidəliyevanın günahkar olduğu bilinirdi və mərhumə Ülviyyə Əhmədovanın ölümü məhz doğum şöbəsinin müdiri və digər həkimlərin səhlənkarlığı ucbatından baş verdiyi bildirilirdi.

Həmin vaxt cavabdeh tərəf xəstəxanada mühasib işləyən Rauf adlı şəxsin otağından ölümə aid olan sənədləri götürmüş,ora qanunsuz olaraq əlavələr etmiş və sənədi məhkəmə tibbi ekspertiza tərəfindən verilən rəyə uyğunlaşdırmışdır.Bütün bu qanunsuzluqlar həm xəstəxana rəhbərliyi,həm də məhkəmə tərəfindən təsdiq olunmuşdur.Zərərçəkmiş Cəmil Əhmədov məhkəmənin gedişatından razı olduğunu bildirmiş və hakimin ədalətli davranışlarından ağız dolusu danışırdı.Sonradan Sevinc Seyidəliyeva tutduğu vəzifədən çıxarılmaqla,ümumiyyətlə, rayon xəstəxanasından uzaqlaşdırıldı.

Əsl oyunlar bundan sonra başladı

Təbib və İsmayıllı rayon məhkəməsinin razılaşması əsasında Sevinc Seyidəliyeva İsmayıllı rayon məhkəməsinin qərarı ilə öz işinə bərpa olunsun deyə qətnamə çıxarıldı.Hansı ki,hakim zamanında təkrar ekspertiza keçirilməsi haqqında qərar qəbul etmişdi və ikinci keçirilən ekspertiza , birinci ekspertizanı təsdiqləmişdi.

Cəmisi iki məhkəmə iclası keçirərək,hətta bir iclası təxirə salaraq növbəti iclasda 21 avqust 2025-ci il tarixində İsmayıllı rayon məhkəməsi hakim İlqar Hüseynovun sədrliyi ilə belə qərara gəlib ki, Sevinc Seyidəliyeva öz işinə,hətta şöbə müdiri vəzifəsinə qaytarılsın.Ancaq çox maraqlıdır ki, möhtərəm hakim bu qənaətə hansı zərurətdən gəlib?Əmək müfəttişliyi,xəstəxana rəhbərliyi və sair verilən qərarlar qanuni,əsaslı ola-ola möhtərəm hakimin belə qətnamə çıxarması “Ginnesin” rekordlar kitabına düşəcək qədər absurddur.Hətta nağıllarda deyildiyi kimi “Cırtdan o boyda Divi suda boğdu”

SimalRegion.az saytı olaraq bildiririk ki, İsmayıllı rayon məhkəməsinin bu qərarı sözügedən mərhumənin ailə üzvlərinin hiddətinə səbəb olub və bunun nə ilə nəticələnə biləcəyini yəqin ki, hamılıqla müşahidə edəcəyik.

Redaksiyadan: Faktla bağlı araşdırmalarımız davam edir,ardı var.Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.Sonda zərərçəkmiş Cəmil Əhmədovun bir neçə ay əvvəl verdiyi video müsahibəni təqdim edirik.


Tarix: Bu gün, 10:27
Xəbəri paylaş



Xəbər lenti