Tanınmış hüquqşünas hakimiyyətin "peşəkar jurnalistka" siyasətini də sərt tənqid etdi - "AZƏRBAYCANI MƏHVƏ APARAN YOL"

Azərbaycanı məhvə aparan yol -- Dövlətin adından çıxış, mühüm tədbirlərdə iştirak və xalqı təmsil edəcək şəxslər şəxsi bacarıq, bilik və hazırlıqlarına görə seçilmirlər
Aslan İsmayılov yazır
Bu ilin elə bu ayının 8-ində Amerika Birləşmiş Ştatlarında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş təkcə bizim ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz və post-sovet məkanı üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu, dövlətçilik tariximizdə xüsusi yer tutacaq uğurlu bir görüş idi. Həmin görüş həm İlham Əliyevin, həm də ümumilikdə Azərbaycan xalqının kimliyini nümayiş etdirdi. Dünya mətbuatında bu mövzuya geniş yer ayrıldı, Ermənistan və Gürcüstan vətəndaşlarının şərhlərində də etiraf olundu ki, İlham Əliyev təkcə Azərbaycanı deyil, həm də region ölkələrini Rusiyanın təsirindən çıxarmağa çalışır.
Bununla belə, görüşün siyasi əhəmiyyətinə xələl gətirən xoşagəlməz bir hadisə baş verdi. Görüşün miqyasına kölgə salmamaq üçün bir-neçə gün susmaq qərarına gəlmişdim. Tədbirdə iştirak edən azərbaycanlı jurnalistin verdiyi uğursuz sual həm peşəkarlıq, həm də məzmun baxımından olduqca yersiz idi. Dünyanın ən nüfuzlu dövlətinin paytaxtında, bu gün ən qüdrətli Prezidentin və onlarla jurnalistin iştirak etdiyi yüksək səviyyəli tədbirdə uzun, məqsədsiz, qüsurlu tələffüzlə verilən sual həqiqətən utanverici idi. Donald Tramp, adətən sərt münasibəti ilə tanınsa da, bu dəfə ümumi xoş olan abu-havanı pozmamaq üçün, nisbətən yumşaq reaksiya göstərdi və sualı başa düşmədiyini bildirdi. Prezident İlham Əliyev sualı izah etsə də, Tramp mövzunu dəyişərək, zarafata saldı. Bu mənzərə həm gülməli, həm də təəssüf doğururdu. Aydın görünürdü ki, sual jurnalistin şəxsi təşəbbüsü deyil, əvvəlcədən yazılmış və ona təqdim edilmiş mətndir.
Bu gün mənim başqaları kimi həmin jurnalisti təqsirləndirmək fikrim yoxdur, çünki günah onda deyil, onu ora göndərənlərdədir. Araşdırmalar göstərir ki, həmin jurnalist dövlət tərəfindən maliyyələşən media qurumunun əməkdaşıdır, nüfuzlu xarici universitetdə təhsil alır və beynəlxalq proqramlarda iştirak edir. Lakin Azərbaycanda bu cür imtiyazların verilməsi prosesinin şəffaflığı ciddi suallar doğurur. Təcrübəli, savadlı və peşəkar jurnalistlər olsa da, onlar çox vaxt Prezident Administrasiyasına yaxın olmadıqları üçün belə tədbirlərdən kənarda qalırlar. Bu isə təkcə media mühitinə deyil, ümumilikdə, dövlətçilik anlayışına da zərbə vurur.
44 günlük Vətən Müharibəsi dövründə də dövlət başçısının həm prezident, həm də mətbuat katibi funksiyasını icra etdiyi açıq şəkildə görünürdü. Lakin bu, uzunmüddətli olaraq davam edə bilməzdi. Dövlət tədbirlərində iştirak edəcək şəxslər şəxsi münasibətlərə görə deyil, peşəkarlıq və bilik səviyyəsinə görə seçilməlidir. Əks halda, belə xoşagəlməz situasiyalar ölkənin beynəlxalq imicinə ciddi zərbə vurmaqda davam edəcək.
Bir çoxları həmin jurnalistin uğurlarından danışıb, onun Yale Universitetində oxuduğunu və BMT-nin hansısa proqramında təhsil aldığını vurğulayırlar.
Əminəm ki, bu uğurlar da qohumbazlığın və hansısa tanışlığın məhsuludur. Azərbaycanın xaricə tələbə göndərilməsi proqramları da oxşar problemlərlə üzləşib. Formal olaraq istedadlı gənclərə dəstək göstərilsə də, faktiki olaraq, bu imkandan çox vaxt məmur övladları və şəxsi əlaqələri olanlar yararlanır. Nəticədə, daha savadlı və istedadlı gənclər kənarda qalır. Eyni vəziyyət mediada da müşahidə olunur — yüksək səviyyəli tədbirlərdə dövlət adından çıxış edənlərin əksəriyyəti seçilmiş deyil, təyin olunmuş şəxslərdir.
Ümid edirəm ki, Azərbaycan hakimiyyətində təmsil olunanlar heç olmasa bu hadisədən nəticə çıxaracaqlar. Qohumluq və tanışlıq əsasında, bacarıqsız şəxslərin mühüm vəzifələrə təyin olunması yalnız həmin şəxslər üçün deyil, həm də dövlət üçün təhlükəlidir. Ümidvaram, bu xoşagəlməz hadisə ilə bağlı konkret qərarlar qəbul ediləcək və tədbirlər görüləcək. Çünki biz oxşar vəziyyəti bir çox mötəbər tədbirlər zamanı yaşamışıq, lakin məsələlər daim ört-basdır edilmişdir. Bu dəfə belə olmamalıdır.
Dövlətin adından çıxış edəcək, mühüm tədbirlərdə iştirak edəcək və xalqı təmsil edəcək şəxslər yalnız şəxsi bacarıq, bilik və hazırlıqlarına görə seçilməlidirlər. Əks halda, belə yanlış təyinatlar Azərbaycanı doğru yoldan uzaqlaşdıracaq.
Aslan İSMAYILOV,
HÜQUQŞÜNAS
GundemXeber.Az
Tarix: 14-08-2025, 23:04
-
Dünən, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
Dünən, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Dünən, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Dünən, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Dünən, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Dünən, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Dünən, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Dünən, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Dünən, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Dünən, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Dünən, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Dünən, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Dünən, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Dünən, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
10-06-2026, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
10-06-2026, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
10-06-2026, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
10-06-2026, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
10-06-2026, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
10-06-2026, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
10-06-2026, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
10-06-2026, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
10-06-2026, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
10-06-2026, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO