Rusiya ilə soyuqlaşan münasibətimiz: İlham — Ruhi cütlüyünün media vasitəsi isə oxucu kütləsini çaşdırmağa cəhd edir

Medianın İnkişafı Agentliyi News24.az saytı ilə bağlı açıqlama yayıb. Bu açıqlamada əsasən bu saytda verilən xəbərlərin, məqalələrin başlıqlarına toxunulur. Agentlik bu başlıqların jurnalistika qaydalarına uyğun olmadığını bildirir.

Hansısa xarici media orqanında yayılan yazının başlıqlarını götürüb News24.az-da verməklə oxucunu çaşdırır, aldadırlar.

Maraqlıdır, bu sayt niyə məhz indi bu cür fəaliyyətə başlayıb?

Bildiyimiz kimi bu saytın, həmçinin RTV internet televiziyasının və bəzi digər informasiya resurslarının rəhbəri keçmiş müğənni Ruhi Əliyevadır.

Əslində isə bu media orqanları Putinin dostu kimi tanınan İlham Rəhimova məxsusdur. Bu şəxs Ruhi Əliyevanın övladlarının atasıdır.

Görəsən, Rusiya ilə münasibətimizin soyuqlaşdığı bir vaxtda İlham — Ruhi cütlüyü nəyə görə oxucu kütləsini çaşdırır?

Bu təsadüfdür, yoxsa məqsədli şəkildə edilir? Bunlar hansı dövlətə, hansı qüvvəyə xidmət edirlər?

Yəqin dövlətimiz bu suallara tezliklə cavab tapacaq.

Deməli Ruhi Əliyevanın əlindəki saytda, televiziyada tez-tez işçiləri dəyişməsi heç də təsadüfi deyilmiş.

Ruhi Əliyeva bir ildə RTV və News24.az sayıtından 30-a yaxın jurnalist işdən cıxarıb.

Xüsusilə də türkçü ruhlu əməkdaşlar onun kollektivində çox qala bilmir. Dərhal aşkar edib uzaqlaşdırırlar. Medianın İnkişaf Agentliyinin açıqlanmasından bunun nə üçün baş verməsi məlum olur.

Sima BABAYEVA. 

araz.az xəbər portalı.

Tarix: Bu gün, 12:02
Xəbəri paylaş



Xəbər lenti