Qobu Bələdiyyəsində Torpaq Oyunu: Bələdiyyə Sədri Həbsin Bir Addımlığında

"DoğruXeber.az" redaksiyasına daxil olan çoxsaylı müraciətlər bir daha təsdiq edir ki, Qobu qəsəbəsi sakinlərinin narazılığı artıq səbr həddini keçib. Müraciətləri nəzərə alan redaksiyamızın əməkdaşları tərəfindən ərazidə yerində baxış keçirilmiş və bir sıra iddialara dair əsaslı sübutlar toplanmışdır. Apardığımız ilkin araşdırmalar bələdiyyə sədrinin və onun müavininin fəaliyyətində ciddi qanun pozuntularının olduğunu ehtimal etməyə əsas verir.

Məlum olmuşdur ki, Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfov və onun müavini Mübariz Bayramov, öz qohumlarının vasitəsilə bələdiyyə balansında olan torpaq sahələrinin sənədlərini saxtalaşdıraraq, müxtəlif yollarla özəlləşdirilməsi və daha sonra vətəndaşlara satışını həyata keçiriblər. Əldə etdiyimiz materiallar arasında saxtakarlığa cəlb olunmuş şəxslərin – bələdiyyə sədrinin yaxın və uzaq qohumlarının – öz dilləri ilə etirafları, foto, audio və video sübutlar yer alır.

Hazırda araşdırmanın aktiv fazası davam edir. Mövcud faktlar və toplanmış sübutlar yaxın günlərdə hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Aldığımız məlumata görə, artıq məsələ ilə bağlı müvafiq strukturlar hərəkətə keçib və bələdiyyə sədri Araz Nəcəfovun həbsi bir addımlıq məsafədədir.

"DoğruXeber.az" olaraq, qarşıdakı günlərdə bu qalmaqallı məsələ ilə bağlı daha geniş jurnalist araşdırmamızı təqdim edəcəyik. Oxumaqda davam edin.

Tarix: Dünən, 22:42
Xəbəri paylaş



Xəbər lenti