Son günlər sahibkarların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli struktur bölmələri tərəfindən üzləşdiyi problemlər ciddi narahatlıq doğurur.
DogruXeber.az: - Adıçəkilən qurumun yarıtmaz fəaliyyəti bütövlükdə sahibkarlıq mühitinin nə dərəcədə risk altında olduğunu aydın şəkildə göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iş adamlarına divan tutulur, fəaliyyətləri qanunsuz şəkildə dayandırılır. Hər-hansı bir obyektin bütün sənədləri qaydasında olsa da, nə əvvəlcədən xəbərdarlıq edilir, nə də hər hansısa yazılı qərar təqdim olunmadan sökülməyə başlanılır.
Ən narahatedici məqam isə, bu addımı atmış şəxslərdən biri tərəfindən obyektin fəaliyyətinin bərpasının min bir əssasslz bəhanələrlə qarşısının alınması olub. Bu, təkcə bir sahibkarın hüququnun pozulması deyil, həm də dövlət qurumuna olan inamın sarsıdılması deməkdir.
Mənə məxsus olan obyekt heç bir rəsmi əsas göstərilmədən bağlanıb. Vəziyyəti aydınlaşdırmaq üçün əlaqə saxladığım nümayəndə heç bir hüquqi əsas gətirmədən “kefinin belə istədiyini” açıq şəkildə deməkdən çəkinmir. Bu, təkcə mənim hüquqlarımın pozulması deyil. Bu, eyni zamanda dövlətin adından sui-istifadədir. Azad sahibkarlığa qarşı çıxan məmur həm dövlətin qanunlarına, həm də ictimai etibara zərbə vurur. Dövlət qurumlarının məqsədi vətəndaşa xidmət göstərməkdir, ona təzyiq göstərmək yox. Ancaq görünən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bəzi hallarda özünü nəzarətsiz və cəzasız hesab edir. Əslində paytaxtın abadlığı və tikintilərin qanuniliyənə nəzarət etməli olan bu qurum, bir neçə yerdə ağacların məhvedilməsi hesabına qanunsuz tikililərə göz yumur. Bu azmış kimi, Nəsimi rayonunda zibillik ərazini abadlaşdıran və burda yaşıllıq salan sahibkar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ramin adlı əməkdaşı tərəfindən incidilir və onun yaratdığı ekoloji səliqə-sahman məhv edilir. Maraqlıdır ki, özünün şəxsi istəklərini qanun halına salaraq sahibkarlara qan udduran Ramin adlı ərazi kuratoru gah Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin, gah da Nəsimi rayon icra hakimiyyətinin adını özünə qalxan seçir.// xalq.online