AZAL-ın yeni rəhbərindən ENDİRİM GÖZLƏYİRDİK... O İSƏ... - aeroportda parklanma və icarə qiymətlərini artırıb

AZAL-ın yeni rəhbərindən ENDİRİM GÖZLƏYİRDİK... O İSƏ... -
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.

Gununsesi.info-nun məlumatlarına görə, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb.

Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub.

Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.

Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb.
Tarix: 18-01-2024, 22:04
Xəbəri paylaş



Xəbər lenti