Aydın Talıbova məxsus olan şirkətə yazılan cərimə protokoluna bu tarixdə baxılacaq


“Veysəloğlu” MMC-yə yazılan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, məhkəmə iclası Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə yanvarın 16-da keçiriləcək.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Şirkətin Müşahidə Şurasının sədri Aydın Veysəl oğlu Talıbovdur.

Tarix: 2-01-2024, 12:38
Xəbəri paylaş



Xəbər lenti