“Rusiya Qarabağa erməniləri qorumağa gəlib” - deputat
“Rusiya əsgərlərinin Qarabağa girməsini "sülhməramlı" adlandırmaq doğru deyildir. Birincisi, sülhməramlı missiyalar hansısa beynəlxalq təşkilatın (məs. BMT, ATƏT və s.) qərarı əsasında verilmiş mandata görə olur. Sülhməramlı missiya bir qayda olaraq bir neçə dövlətə tapşırılır”.
Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli deyib. O bildirib ki, bu missiya bir dövlətə də tapşırıla bilər, amma bu, çox nadir hallarda olur:
“İkincisi, mandatda sülhməramlı missiyanı icra edənlərin səlahiyyətləri və məsuliyyətləri, eləcə də dəqiq ərazisi göstərilir. Missiyanı icra edənlərin özləri hansısa dəyişikliyi edə bilməzlər. Üçüncüsü, sülhməramlı missiyanı icra edənlər onlara bu missiyanı tapşıran beynəlxalq təşkilat qarşısında hesabatlı olurlar. Rusiyanın gerçəkləşdirdiyi hərbi əməliyyat bu meyarların heç birisinə cavab vermir. Rusiyanın özünü sülhməramlı adlandırması da heç nəyi dəyişmir”.
Deputat Rusiya əsgərlərinin Qarabağa girməsini "qoruyucu dövlət" anlayışı çərçivəsində anlamağa çalışmağın daha doğru olduğunu qeyd etdiyi yazısından da söz açıb:
“O yazıya gəlmiş şərhlərin bir neçəsində Rusiya əsgərlərinin Qarabağa girməsinə haqq qazandırmaq cəhdi kimi yozanlar oldu. Yazımı o cür yozanların təməl gümanları yanlışdır. Tam əksinə, mən Rusiya əsgərlərinin Qarabağa girməsinə qarşıyam. Ümumiyyətlə, Rusiyanın torpaqlarımızda hər hansı hərbi varlığını ölkəmizin müstəqilliyinə təhlükə sayıram. Çeşidli yazılarımda bunu dəfələrlə bildirmişəm. Hələ ReAl-ın bununla bağlı bəyanatını demirəm. Bunun fonunda məni Rusiyanın etdiklərinə haqq qazandıran birisi kimi qələmə vermək cəhdlərini ən azından qərəzli sayıram. Ola bilsin ki, "qoruyucu dövlət" ifadəsi kiməsə müsbət göründü, ya da mənim ona sözügedən kontekstdə müsbət yanaşdığımı güman edənlər oldu. Bu da yanlış yanaşmadır. Ötən yazımda izah etməyə çalışmışdım. "Qoruyucu dövlət" (Protecting Power) bir beynəlxalq hüquq terminidir, iki kontekstdə işlədilir. Sülh kontekstində - diplomatik əlaqələri olmayan dövlətlərin bir-birilə münasibətlərdə maraqlarının üçüncü dövlət tərəfindən təmsilçiliyi (Vyana Konvensiyası). Müharibə kontekstində - savaşan dövlətlərin neytral bir dövlətə müraciəti əsasında beynəlxalq humanitar hüquqdan doğan görəvlərin üçüncü dövlət tərəfindən yerinə yetirilməsi (Cenevrə Konvensiyaları). Birinci konteksti bundan öncəki yazımda sözgəlişi izah etməyə çalışdım. Rusiyanın bu kontekstə aidiyyatı yoxdur. İkinci kontekst müharibə olduğuna görə, uyğun ola bilərdi, amma Rusiya buraya da uyğun gəlmir”.
Siyasətçi vurğulayıb ki, Rusiya neytral dövlət deyil, düşmənimizin hərbi müttəfiqidir:
“Beynəlxalq hüquqa görə ancaq neytral dövlət qoruyucu ola (sayıla) bilər. İkincisi, nə Ermənistan Rusiyaya qoruyucu dövlət olmaqla bağlı müraciət edib, nə Azərbaycan. Belə müraciətlər Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilir. Çox zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinin özü qoruyucu dövlətin görəvlərini yerini yetirir. Beləliklə, bu iki meyar Rusiyanın qoruyucu dövlət sayılmaması üçün yetərli əsas verir. Bununla belə, Rusiya faktiki olaraq qoruyucu dövlətdir, amma Cenevrə Konvensiyalarının anlamında deyil, bir məcaz kimi… Rusiya buraya erməniləri qorumağa gəlib. Bunu daha öncədən da anlamaq olardı. İndi isə Rusiyanın etdiklərindən aydın görmək olur. Bu gün Rusiya SSRİ-nin son illərində Qarabağda yaradılmış və bizim əleyhimizə işləmiş "xüsusi idarəetmə"nin oxşarını qurur”.
Tarix: 14-12-2020, 21:50
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
6-08-2026, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
6-08-2026, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
6-08-2026, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
6-08-2026, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
6-08-2026, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
6-08-2026, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
6-08-2026, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
6-08-2026, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
6-08-2026, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
6-08-2026, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
6-08-2026, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ