Ermənilər yenə müharibə havasına girib - sərt reaksiyalar


Ermənilər Qarabağ məğlubiyyətlərindən sonra yenə “Azərbaycanla müharibə edək, qisas alaq” deyirlər. Bu millət niyə reallıq hissini bunca itirib? Bu cür çağırışlarla həm hakimiyyətdə təmsil oluna şəxslər, həm də müxalifət çıxış etməkdədir. Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın yerinə namizəd elan etdikləri Vazgen Manukyan bildirib ki, əgər hakimiyyətə gəlsə, ilk iş olaraq Türkiyəyə qarşı bir ittifaq, bir cəbhə yaradacaq və ön xətdə olacaq.
Ermənilərin yenə müharibə havasına girməsi yenidən müharibəni qızışdıra bilərmi?
Bu əhval sülhə, 10 noyabr bəyannaməsinə real təhlükə yaradırmı? Əlavə olaraq Ermənistanda baş verənlər, siyasi çaxnaşmalar Qarabağ razılaşmasına hansı təhlükələr vəd edir?
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, müzəffər Azərbaycan Ordusu haqq davasına çevrilmiş 44 gün davam edən  Vətən müharibəsində 30 illik “məğlubedilməz erməni mifini” darmadağın etdi: “Hazırda Azərbaycan həm dünyada, həm də bölgədə yeni təhlükəsizlik formatı yaratmaqla sülhün və əmin-amanlığın davamlı təmin olunması üçün ciddi addımlar atmaqdadır. Bütün baş verənlərin fonunda bu xəstə təxəyyüllü millət reallıq hissini itirərək revanşist hərəkətlər edəcəksə, əslində faktiki olaraq bölgədə bir dövlət kimi özünün süqutunu sürətləndirmiş olacaq: ”Erməni xəstəliyi" ifadəsi artıq siyasi terminologiyanın tərkib hissəsidir və bu təkzibedilməz bir faktdır. Erməni milləti tarixin bütün dövrlərində reallıq hissini itirərək hazırda düşdüyü  duruma oxşar taleyi yaşayıb. Tarixi yalanlarla, uydurma xəyallarla yaşayan bir millət  heç zaman dünya sivilizasiyasının tərkib hissəsinə  çevrilə bilməz.
Çox ciddi sınaq qarşısındayıq" - Arzuxan Əlizadə - Azinforum.az İnformasiya  Portalı
Arzuxan Əlizadə: “Reallıq hissini itirərək revanşist hərəkətlər edəcəklərsə, bir dövlət kimi özünün süqutunu sürətləndirmiş olacaqlar”
10 noyabr bəyanatı əslində həm də ermənilərə verilmiş növbəti bir şansdır. Əgər ermənilər bu şansı da doğru düzgün qiymətləndirə bilməsələr, gələcəkdə Cənubi Qafqazda ümumiyyətlə, bir dövlət kimi mövcud olmaları sual altında qalacaq. Qoy özləri seçimlərini etsinlər.
Azərbaycan dövləti və xalqı olaraq bizlər də arxayınlaşmamalıyıq. Mövcud reallıqları düzgün qiymətləndirərək hazırda bölgədə ən güclü olan Ordumuzu daha peşəkar səviyyədə gücləndirməyi əsas hədəf etməliyik".
Politoloq Şəbnəm Həsənova isə bildirdi ki, Ermənistana 20 il müddətində Koçaryan-Sarkisyan kimi cinayətkarlar, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Bunu nəzərə alanda o zaman aydın olur ki, Ermənistanın hazırda düşdüyü acınacaqlı durumun səbəbkarları da məhz bu canilərdir. Çünki məhz onlar Ermənistan dövlətinin təməlini terror və cinayət üzərində formalaşdırıblar. Onların hakimiyyətdə olduqları müddətdə Xocalı soyqırımı törədildi, torpaqlarımız işğal edildi. Bu gün isə aydın görünən mənzərə odur ki, Paşinyan kənardan idarə edilən marionet bir fiqurdur: “O, diktə ilə hərəkət edir, hal-hazırda isə öz aqibətinin necə olacağını bilmir. Ermənistanın müharibədə məğlub olması, büdcədən hərbi sahəyə ayrılan vəsaitin göyə sovrulması ilə başı bir dövlət kimi özünü toparlayıb, ələ almağa qarışıb. Baş verən siyasi çaxnaşmalar heç bir şəkildə 10 noyabr tarixli bəyannaməyə təhlükə yarada bilməz, nə də ki, cəbhədə yenidən müharibəni qızışdıra bilməz. Birincisi, bəyannamə artıq öz icra mexanizmini tapıb. İşğaldan azad olunmuş torpaqlarımızda bayrağımız dalğalanır, bundan əlavə yollar çəkilir, bölgə su ilə təmin olunur. Yəni, normal həyat standartları üçün bölgə yararlı vəziyyətə gətirilir. İkincisi, Ermənistanın öz daxilinə nəzər yetirdikdə müəyyən qüvvələrin köməyi ilə meydan dalğası nəticəsində hakimiyyətə gələn Paşinyan daha çox öz canını erməni xalqının qəzəbindən qurtarmağa çalışır. Paşinyanın devrilib hakimiyyətə yeni birisinin gələcəyi zamanı isə yeni gələn şəxs xalqı sakitləşdirməyə, daxili iqtisadi vəziyyəti bərpa etməyə fokuslanacaq. Bu müddət ərzində isə Azərbaycan öz torpaqlarında bərpa və quruculuq işlərini sürətlə davam etdirərək, bölgə insanlarımızı öz yurdlarına yerləşdirəcək”.
Şəbnəm Həsənova - Publika.Az
Şəbnəm Həsənova: “Ərazi iddiası və aqressiv siyasətinə görə region dövlətləri tərəfindən təcrid olunan Ermənistan tamamilə iflasa məhkumdur”
Politoloq hesab edir ki, Ermənistan bütün başına gələnlərdən, düşüdyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayıb “Azərbaycanla müharibə edək, qisas alaq” mövqeyi ilə buna cəhd etsə bu onların tamamilə sonu olacaq: “Ümumiyyətlə, bu xalq illər ərzində ortaya bir ağıllı, təfəkkürlü, ölkənin daxili və xarici siyasətinin prioritet istiqamətlərini düzgün müəyyənləşdirən, qonşu xalqlara qarşı ərazi iddiası etməyən, normal əməkdaşlığa üstünlük verməyi bacaran bir rəhbər seçə bilməyib ki, reallığı onlara başa salsın ki, regionda ədavətə son qoymağın zamanı çoxdan çatıb və keçir. Onlar məğlub olduqlarını anlamalı və vəziyyətin daha da kritik həddə çatmaması üçün gələcəyə fokuslanmalıdırlar. Bununla yanaşı, bu ölkənin, xalqın ərazi iddiası təkcə Azərbaycana qarşı deyil. Belə olan təqdirdə isə məhz ərazi iddiası və aqressiv siyasətinə görə region dövlətləri tərəfindən təcrid olunan Ermənistan tamamilə iflasa məhkumdur.
Prezident İlham Əliyev dəfələrlə erməni xalqına baş verənlərdən nəticə çıxarmalı olduqlarını deyib. Eyni zamanda, ölkə başçımız Paşinyandan sonra hakimiyyətə gələcək qüvvələrin konstruktiv siyasət yürüdəcəkləri təqdirdə onlarla siyasi dialoqun qurulmasının mümkün olduğunu, bölgəyə sülh və təhlükəsizliyin gəlməli olduğunu da bildirib. Əgər gələcək yeni rəhbərlik də özlərindən əvvəlkilərin yolu ilə getsə, onlar Ermənistanı daha pis günə salacaqlar. Odur ki, ermənilər bütün bunlardan nəticə çıxarmalı, murdar xislətlərindən əl çəkməli və təkcə Azərbaycanla yox, eyni zamanda digər region dövlətləri ilə də düşmən münasibətə son qoymalıdırlar.“Yeni Müsavat”


Tarix: 8-12-2020, 10:51
Xəbəri paylaş



Xəbər lenti