Ermənistan İqtisadiyyat naziri və deputatları Azərbaycanla ticarətdən danışmağa başladı...


Hakim “Mənim addımım” fraksiyasının deputatı Hayk Gevorkyan erməni mallarının Azərbaycana satılmasında pis bir şey olduğunu düşünmür

Moderator.az xəbər verir ki,  bu haqda “Armenianreport” məlumat yayıb.

“Hər sözün, hər hərfin ətrafında yüksələn belə səs-küy bizi heç yerə aparmaz. Mallarımızı Azərbaycana sata bilsək, bunda pis bir şey görürsünüzmü?” -deyə  A.Gevorkyan fraksiya deputatlarının İqtisadiyyat naziri Vaan Kerobyanla görüşündən sonra jurnalistlərə bildirib.  Gevorgyan bu yaxınlarda təyin olunmuş İqtisadiyyat Nazirliyi rəhbərinin Azərbaycan mallarının Ermənistanda satılması ehtimalı ilə bağlı rəyinin onun üçün məqbul olub-olmadığına dair bir suala cavab olaraq belə deyib. 

Azərbaycanlıların erməni əsgərlərini öldürdükdən sonra indi Azərbaycan mallarının Ermənistanda satılmasının normal olub-olmaması ilə bağlı dəqiqləşdirici bir suala   “Mənim addımım”  fraksiyasının  deputatı “Bilmirəm, bu düşüncə ilə siz bu ölkəni hara aparırsınız, hara gedirsiniz” -cavabını verib.

Sultan Laçın
Tarix: 2-12-2020, 14:36
Xəbəri paylaş



Xəbər lenti