Erməni turşusuna qatılan zəhər – Qiyamətə qalan barışıq


Erməni faşist ideologiyası 44 günlük savaşda şanlı ordumuzdan ölümcül bir zərbə yedi. İşğalçı ordunun isə beli qırıldı. Ayyarımlıq müharibə və onun məntiqi davamı kimi yerdə qalan 3 rayonumuzun bircə güllə atılmadan geri alınması ilə düşmənə elə dərs verdik ki, azı, 50 il dirçələ bilməyəcək, 50 il başı özünə qarışacaq və heç gözünün ucu ilə belə, biz tərəfə boylanmayacaq.

Dünənə kimi asıb-kəsən, özündənrazı, Allaha belə asi çıxan ermənilər ağrılı qulaqburmasından sonra yavaş-yavaş ənənəvi miskin, yazıq görkəminə qayıtmaqdadır. O dərəcədə ki, torpaqlarımızda on illərlə qanunsuz şəkildə kök salmış bu mənfur varlıqlar utanmadan köç eləmək üçün hərbçilərimizdən kömək istəyirlər. Bizim əsgərlər də dəstəyini əsirgəmir. Çünki biz beləyik. Çünki biz erməni deyilik, böyük qəlbli, ürəyigeniş, ulu xalqıq. Hərçənd həmin o erməni mülki işğalçılardan soruşmaq pis olmazdı: doğrudanmı siz burda həmişəlik qalacağınızı xəyal edirdiniz, hara köçüb gəldiyinizin gerçəkdənmi fərqində deyildiniz?

Yazdıq artıq. Biz azğın düşmənə belə aman tanıyan, kiçicik yaxşılığın belə əvəzini beş qat artıq çıxan millətik. Gendən, qandan gəlir təbii ki, bu. Ancaq keşkə, yenə unutqanlıq “xəstəliyinə” tutulmayaq. Ermənini adam bilib yuxuya dalmayaq. Yoxsa bəlalarımız bitməz. Vacibdir ki, unutqanlığa qarşı güclü bir “peyvənd” tapıb da vaxtaşırı millət olaraq özümüzə vurduraq. Başqa çarə yox.

Sözü həm də nəyə gətiririk?

Erməni xisləti ilə bağlı düşünmək üçün bu günlər daha bir əsas yaranıb. Sosial şəbəkələrdə məlumat yayılıb ki, Azərbaycan Ordusunun nəzarətinə verilən və veriləcək rayonlardan çıxan ermənilər qəsdən turşu, mürəbbə və s. bu kimi qablaşdırılan məhsulları zəhərləyir, üstəlik, evlərin görünən yerində qoyub gedirlər ki, Azərbaycan əsgəri yeyib zəhərlənsin. Həmçinin yaşayış məskənlərinin minalanması, qapılara, evlərin girişinə partlayıcılar qoyulması kimi alçaqlılara gedirlər.

İndi bu, bizim onlara yaxşılığımız, o da onların əqrəb kimi etdikləri (Müqayisə etdiyim üçün bu dilsiz heyvandan üzr istəyirəm) Hər halda, terrorçu xislətli ermənilərdən, ələlxüsus “quyruğu yanmış” ermənilərdən istənilən xəbisliyi gözləməliyik. Daha bir səbəbə: onlara maniakal şəkildə həmişə elə gəlir ki, bütün bəşəriyyət, ələlxüsus da Türkiyə və Azərbaycan onlara borcludur və heç də edilən yaxşılıqlara yaxşılıqla cavab verməyə borclu deyillər. Yəni yaxşılığa pislik etməyə tam normal baxan, hətta buna vərdiş edən nadir bir toplum!

Bir dəfə yazmışdıq, yenə yeri gəlib Azərbaycan Ata məsələni xatırladaq: “Xain artmaz”. Ermənistan adlı qondarma dövlətin postsovet ölkələri arasında ərazicə ən balaca olması da öz-özlüyündə az şey demir – cəmi 29 min kv km. Ancaq bu da çoxdur. Çünki Ermənistan peşkəş edilmiş əzəli Türk torpaqlarında təşəkkül tapsa da, həmişə başından böyük iddialarla yaşayıb. Yaşamaqdadır.

Dağlıq Qarabağ bir yana, onun ətrafındakı 7 rayonu dünənədək “azad edilmiş ərazilər” adlandıran anormal bir qövmdür bunlar. Diqqət edin, indi isə həmin rayonları “itirilmiş ərazilər” adlandırır, bir neçə on il öncə adlarını erməniləşdirdikləri kəndlərimizin təhvil verilməsini isə “erməni kəndlərinin xəyanət nəticəsində itirilməsi” hesab edilər! Və buna görə özlərini yox (!!), ən əvvəl Putini suçlayırlar. Guya Rusiya onları satıb. Guya Rusiya bu nankor zatların torpaqlarımızda əbədi qalmasını təmin etməli imiş...

Qısası, erməninin təsəvvüründə və təfəkküründə “işğal” sözü yoxdur.
Varsa da bu, özlərinə deyil, Azərbaycana, Türkə aiddir. Necə ki, Azərbaycanın öz ərazilərini azad etməsini “işğalçılıq” kimi təqdim edirlər. Belə nadürüst, həyasız, murdar tayfa hələ yer üzünə gəlməyib.

Amma erməni turşusunu, erməni mürəbbəsini toxunmayın, əziz hərbçilərimiz! Başlarına dəysin onlardan gələn xeyir. 100 ildən çoxdur onlardan bizə xeyir gəlmir. Çətin ki, gələ. Erməni ilə barışıq da yəqin ki, Qiyamətə qaldı...

Zahid SƏFƏROĞLU
Tarix: 25-11-2020, 13:37
Xəbəri paylaş



Xəbər lenti