
“Onlar yenə də başa düşmək istəmir ki, kimin kimə dəstək verməsindən asılı olmayaraq onlara qarşı döyüşən Azərbaycan əsgəri idi. Nə qədər ki, onlar bu cür yalan məlumatlar uyduracaqlar, o qədər də özlərinə pislik edəcəklər”
Bunu
Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyini sədri Arif Əliyev deyib. O, Paşinyanın açıqlamalarının bundan sonra elə bir əhəmiyyət kəsb etmədiyini bildirib:
“Ermənilər onları nəyin faciəyə gətirib çıxardığını deyəsən başa düşmürlər. Çünki onlar buna davam edirlər, özləri-özlərini aldadırlar, yalanlar uydururlar elə bilirlər ki, dünya da buna inanacaq. Artıq neçənci dəfədir ki, Paşinyan və Ermənistan prezidenti bununla bağlı müxtəlif bəyanatlar verirlər. Gah deyirlər ki, biz üç ölkəylə müharibə aparırdıq və hətta sonuncu dəfə səkkiz ölkənin adını çəkirdilər. Onlar yenə də başa düşmək istəmir ki, kimin kimə dəstək verməsindən asılı olmayaraq onlara qarşı döyüşən Azərbaycan əsgəri idi. Nə qədər ki, onlar bu cür yalan məlumatlar uyduracaqlar, o qədər də özlərinə pislik edəcəklər. Axı Paşinyan və erməni xalqı çox gözəl bilir ki, Şuşa necə işğaldan azad edildi, Azərbaycan əsgəri Şuşanı yalın əllə aldı. Ermənilər indiyə qədər olan itkilərin içində bir nəfər də olsun iraqlı və ya türk əsgəri göstərə bilmədilər. Növbəti əfsanəni uyduraraq dedilər ki, guya muzdluları öldürüb donuzlara yem ediblər. Yəni bunlar gülünc uydurmalar yayırlar. Qaldı ki, bizim Paşinyanın və digərlərinin açıqlamalarında o qədər də narahat olmağımıza əsası yoxdur. Ermənilər özlərini aldadırlar və bunun da ağrısını daim çəkəcəklər. Bir xalq ki, özünü aldadırsa, yalanına inandırırsa1, bunun ağrısını bir də çəkəcək”.
Qeyd edək ki, Paşinyan çıxışı zamanı qardaş Türkiyəni ittiham edib. O, deyib ki, “Biz Azərbaycanla müharibəyə hazır idik, lakin Türkiyə və muzdlu əsgərlər məğlubiyyətimizin səbəbkarı oldu”.
Vasif Əlihüseyn
Tarix: 18-11-2020, 13:57