Ermənistanın arzuları ürəyində qaldı


Ermənistanın arzuları ürəyində qaldı
Sentyabrın 27-də müzəffər ordumuzun başlatdığı əks-hücum əməliyyatı ilə başlayan Vəyən Müharibəsi oktyabrın 10-da Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı. Dağlıq Qarabağın incisi olan Şuşa şəhərinin, onun ardıca da bir gün ərzində 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad edilməsi faktı Ermənistanı diz çökdürdü və onu kapitulyasiya ilə razılaşmağa məcbur etdi
Qırx beş günlük müharibədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Düşmənin texnikası yerlə yeksan, Ermənistan ordusu darmadağın edildi. Hərbi texnika ilə yanaşı canlı qüvvəsinə sarsıdıcı zərbələr vuruldu və onu ağır itkilərə məruz qoydu.
Yuxarıda qeyd etdiklərim Ermənistanı yalnız kapitulyasiyaya məcbur etmədi, eləcə də ölkə daxilində caos yaratdı. İndi ermçənilər günah keçisi axtarışlarına başlayıblar və təbii ilk ağıla gələn namizəd, əlbəttə ki, Paşinyandır. Ermənilər Paşinyana öz xoşu ilə istefa verməsi üçün sabaha qədər vaxt veriblər. Yəqin ki, bu xəbərdarlığın nə anlama gəldiyi hamı üçün aydındır. Əgər Paşinyan istefa verməsə, böyük ehtimalla onu buna məcbur edəcəklər. Belə görünür ki, yaxın gələcəkdə Ermənistanda çox maraqlı hadisələrin şahidi olacağıq.
Bunun tam əksinə, Prezident İlham Əliyev fəxrlə bəyannaməyə imza atdı və bundan sonra Azərbaycan xalqı küçələrə axışaraq bu səfəri yüksək əhval-ruhiyyə ilə bayram etdi.
Azərbaycan və Ermənistanda olan daxili vəziyyət bir-birindən diametral şəkildə fərqlənir. Hazırda Ermənistan 1992-93 illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakatə sürükləyir.
Azərbaycanda vəziyyət qələbəni bayram edəndən sonra normala qayıtsa da, Ermənistan haqqında bunları söyləmək mümkün deyil. Hazırda Ermənistanda iğtişaşlar davam edir. Bu iğtişaşlar zamanı ələ keçən məmurlar xalq tərəfindən linç edilir. Qəddarcasına döyülınlər arasında Ermənistan Parlamentinin sədri Ararat Mirzoyan da var. Ermənistanda hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir.
Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur.
Ermənistanın iqtisadiyyatı tamamilə çöküb, ölkənin xarici borcları artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb.
Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistanın ordusu darmadağın olub. Orduya çağrılacaq cannı qüvvə demək olar ki, tükənib.
Ermənistanda normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır. Bu da o deməkdir ki, qarşıdan gələn illərdə Ermənistanın siyasii-iqtisdi durumundakı bu böhran bir az da dərinləşəcək, İnsanlar, ən yaxşı halda, hələ bir neçə il acınacaqlı sosial-iqtisadi vəziyyətə qatlaşmalı olacaqlar. Təbbi ki, erməni xalqı da bunu dərk edir, amma sonrakı peşmançılıq fayda verməz.
30 il davam edən danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi aktuallığını itirdi. Qısası, Ermənistanın arzuları ürəyində qaldı.
Elşad Əliyev
Tarix: 14-11-2020, 23:04
Xəbəri paylaş



Xəbər lenti