Rus teleaparıcı Qarabağdakı sülhməramlıları necə təhlükə altına qoydu? - Nonsens
Dövlət təbliğat maşını təyinatına görə, digər strukturlara öz vəzifələrinin həllində kömək etməlidir. Və ya heç olmasa, onlara əngəl yaratmamalıdır. Ancaq bu kağız üzərində belədir.
Reallıqda isə bir də görürsən ki, dövlət efirində məhz Rusiyanın tam ştatlı təbliğatçıları ciddi şəkildə ən əvvəl öz ölkələrini təhlükəli vəziyyətə qoyurlar.Həmçinin özlərinin əsgər və zabitlərini.
İndi isə ardıcıllığı ilə.
Rusiyanın “1-ci Kanalı”nda belə bir tok-şou var – “Zaman göstərəcək”. Aparıcısı Artem Şeynindir.
Həmin bu personaj indi də Qarabağdan danışmağa qərar verib. Və belə bir şeyi mızıldanıb: “Bu söhbət hələ bitməyib”.
Yəni tərcüməsi budur ki, Qarabağdakı müharibə hələ ki, sona çatmayıb və mövcud sülh müqavilələri yenidən nəzərdən keçirilə bilər.
Aparıcı əmin edib ki, “qeyd-şərtsiz məğlubiyyət” yaşayan “ermənilərin bütün acılarını başa düşür” və ardınca əminliklə söyləyib: “Bu müvəqqəti məğlubiyyətdir və qurtuluş kimi qəbul edilməlidir”. Sonra da əlavə edib: "Və əgər doğru nəticələr çıxarılsa, o zaman biz hələ sevinəcəyik”.
Sadə dillə desək, Şeynin açıq şəkildə eyham vurub ki, Ermənistan “düzgün nəticə çıxarsa”, güc yolu ilə revanş götürməsi mümkündür.
Yada salaq: bu, həmin Şeynindir ki, bir dəfə studiyaya simvolik, pardon, nəcislə dolu vedrə gətirmişdi və bu yolla birbaşa efirdə öz opponentlərindən biri ilə “yumruqla” haqq-hesab çürütmək istəyirdi.
Doğrudur, o vaxt – 2013-cü ildə İtaliyanın Veron şəhərində ukraynalı desantçı V.Ananyev sözün həqiqi mənasında Şeyninin üzünə tüpürmüşdü. Sonuncu isə tam mənasında üzünü silərək, geri çəkilməyə məcbur olmuşdu.
Bu olay tele-təxribatçının davranış tərzi haqqında düşünmək üçün kifayət qədər əsas verir. Yəni adam birbaşa efirdən Ermənistanda revanşist əhvalı qızışdırmağa təhrik edir – harada ki, onsuz da məğlubiyyətindən həqiqətən dərs çıxarmaq əvəzinə yeni müharibə, yeni ərazi fəthi üçün planlar quranlar kifayət qədərdir.
Özü də Şeyinin bunu Rusiyanın Türkiyə ilə ortaq sülhməramlı missiyası çərçivəsində “mavi dəbilqələri” Qarabağda yerləşdirdiyi bir vaxtda edir. Üstəlik, Moskvanın bölgədəki davranışının ən azı birmənalı qarşılanmamsı fonunda bunu edir.
Dərhal haşiyə çıxaq: Moskva Qarabağda hərbi əməliyyatların ilk günlərindən etibarən İrəvanın gözyaşlarına baxmayaraq, bitərəflik nümayiş etdirdi. Şeyinin Zaxarova və ya Konaşenkov deyil (Zaxarova Rusiya XİN-in, Konaşenkov isə Rusiya Müdafiə Nazirliyinin rəsmisidir – red.). Ancaq hər halda o, Rusiya dövlət kanalının rəsmi aparıcısıdır və sadəcə, studiyanın qonağı deyil. Odur ki, onun təxribatçı sayıqlaması çoxları tərəfindən yalnızca onun şəxsi fikir kimi qəbul edilməyəcək.
Xüsusən də az öncəki cəbhə xəttinin hər iki tərəfində. Bəs indi baş verənləri necə anlayaq? Bu Şeyninin şəxsi fikridirmi? O, başa düşmürmü ki, bununla öz ölkəsini pis vəziyyətə qoyur və onu böyük imic itkisinə məruz qoyur? Nəhayət, bu gün tərəflər arasında dayanan rus əsgərlərinin işi nədir?
Tapmaca qurmayacağıq. Sadəcə, onu qeyd edək ki, hazırkı vəziyyətdə bu teleaparıcının təxribat xarakterli açıqlamalarının bədəli çox yüksək ola bilər. Başqa sözlə, məsələnin miqyası və nəticələri “1-ci Kanal”ın mümkün imic itkilərindən də uzağa gedir. Əgər bu kanalın imic anlamında itirəsi nəyisə qalıbsa...
Minval.az
Tarix: 11-11-2020, 20:11
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
6-08-2026, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
6-08-2026, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
6-08-2026, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
6-08-2026, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
6-08-2026, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
6-08-2026, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
6-08-2026, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
6-08-2026, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
6-08-2026, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
6-08-2026, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
6-08-2026, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ