"Şuşanın təcavüzkarlardan azad edilməsini Azərbaycanda ən azı 10, İranda 30, Türkiyədə 70, Mərkəzi Asiya ölkələrində 30, Ukraynada 10 və sair üst-üstə 180 milyona yaxın insan səbirsizliklə gözləyir. Azərbaycan ordusunun bu işi görə bilməyəcəyini istəyənlərin sayı bütövlükdə 4 milyondan artıq ola bilməz".Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, Şuşanın azad edilməsi milyonlarla insanın ömrünü pozitiv enerji hesabına bir neçə il uzadacaq: "Ermənilərə hücum eyni inadkarlıqla üç istiqamətdə aparılmalıdır. Ermənilər Kəlbəcər və Xankəndi istiqamətlərindən çıxarılıb Şuşaya göndərilsə, sadəcə olaraq, Xankəndi və Kəlbəcər tutulmalıdır. Kəlbəcər-Şuşa yolu ilə irəliləməklə ermənilərin ətrafında döyüş həlqəsini daraltmaq lazımdır. Ermənilərdən əsir götürmək və onlarla yaxşı rəftar etməklə bütün silahlıları öz xoşlarına təslim olmağa həvəsləndirmək lazımdır".
Tarix: 8-11-2020, 08:17