Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum hərbi əməliyyatları zamanı düşmənin daha bir neçə yüksək rütbəli hərbçiləri məhv edilib. Pravda.az-ın xəbərinə görə, Şuşa ətrafında gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən polkovnik Artyom Mirzoyan, kəşfiyyat qrupunun komandirləri - Gnel Fidanyan və Mixayıl Sirunyan, həmçinin baş leytenant Hamlet Hovhanes Qriqoryan və kapitan Vardan İlikinyan məhv edilib.
Məlumatı hərbi bloqqer Tofiq Şahmuradov yayımlayıb.
Fotoları təqdim edirik
Tarix: 7-11-2020, 14:21