“Laçın və Şuşaya çox yaxınıq, ermənilərin son çırpıntılarını görürük” - TƏHLİL
“Atəşkəs elan olunmasını istəyən, danışıqlar masası arxasında oturmağı arzulayan çoxdur. Amma bu, Azərbaycanın maraqlarına uyğun gəlmir. Üstəlik, atəşkəs problemin həlli deyil. Danışıqlar masası arxasında əyləşəndə əlimizdə ciddi arqumentlər olmalıdır. Mənim zənnimcə, məsələnin bitməyinə çox qalmayıb. Hazırda erməni tərəfinin son çırpıntıları və müqavimətini müşahidə edirik. Biz Laçın və Şuşaya çox yaxınıq. Bu məsələlər həll olunduqdan sonra ermənilərin müqaviməti tamamilə qırılacaq. Bundan sonra danışıqlar masasında əli güclənmiş formada oturmaq lazımdır ki, əsassız iddialar irəli sürülməsin”.
Bu sözləri Reyting.az-a açıqlamasında Azərbaycan Ordusunun işğalçılara qarşı əks-hücumundan danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızda ciddi irəliləyişə nail olduğunu, bunu davam etdirmək üçün ölkəmizdə ciddi siyasi iradənin mövcudluğuna diqqət çəkib. Əlavə edib ki, indi danışıqları arzulayanların yeganə məqsədi erməniləri düşdüyü acınacaqlı durumdan çıxarmaqdır.
Professor qeyd edib ki, bu gün tarixi Azərbaycan torpaqları Ermənistanın ərazisi kimi qəbul edilib: “Vaxtı ilə bizim rəhbərliyimiz o qədər sadəlöhv və fərsiz olub ki, “proletar beynəmçiliyə” inanaraq tarixi Azərbaycan torpaqlarını əldən verib. Sovet hakimiyyəti illərində ərazi baxımından itkilərimiz az olmayıb. Zəngəzur, Göyçə mahalı, Dərələyəz əldən çıxıb. Bu ərazilər “beynəlxalq proletar” adı altında Ermənistana verilib. Məntiq belə olub ki, nə fərqi var, hamı eyni ölkədə yaşayır, bütün respublikalar bir-biri üçün vətəndir. Yəni belə əsassız arqumentlərlə torpaqlarımızın Ermənistana verilməsini ört-basdır ediblər. Azərbaycan SSRİ-nin tərkibinə 114 min kvadrat kilometr ərazi ilə daxil olub, SSRİ dağılanda isə cəmi 86,6 kvadrat sahə ilə oradan çıxıb. Biz SSRİ dövründə minimum 30 min kv.kilometr itkiyə məruz qalmışıq. Çar Rusiyası və Zaqafqaziya seymi dağılanda ermənilərin yerləşdiyi ərazi 9 min kv.kilometr idi və özərinə paytaxt tapa bilmirdilər. İndiki Gümrü şəhərini paytaxt elan etmək istəyirdilər. Amma yalvar-yaxardan sonra o zaman əhalisinin 93 faizi azərbaycanlı olan İrəvanı onlara paytaxt etmək üçün verdilər. Əlbəttə, indi bu tarixi ərazilərə iddia etmək asan məsələ deyil. Amma ermənilər Dağlıq Qarabağa necə iddia edə bilir? Zorakı üsullarla və üçüncü dövlətin dəstəyi ilə”.
Q. Hüseynli xatırladıb ki, ermənilər Dağlıq Qarabağa 180 il əvvəl gəlib: “İlk gələn erməni də Qarabağda mehtər işləyib. Amma indi tarixi “erməni torpaqlarından” bəhs edirlər. Baxmayaraq ki, onların tarixi ərazisi Mesapotomiya olub və öz tarxçiləri də bunu ehtiraf edirlər. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra, ermənilər Rusiya tərəfindən Şimali Azərbaycana köçürülüblər. Əvvəl indiki Ermənistan ərazisinə çoxlu erməni gətirilib, sonra isə, əsasən İran ərazisindən Dağlıq Qarabağa köç ediblər. İndi bunlar Azərbaycan qarşı ərazi iddiası irəli sürürlər. Bəs biz niyə tarixi torpaqlarımıza iddia etməyək?”. Neqativ.com
Tarix: 5-11-2020, 09:43
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
6-08-2026, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
6-08-2026, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
6-08-2026, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
6-08-2026, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
6-08-2026, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
6-08-2026, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
6-08-2026, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
6-08-2026, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
6-08-2026, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
6-08-2026, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
6-08-2026, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ