Müdafiə Nazirliyi: Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək...


Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
 
Bu barədə Pravda.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
 
Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Tarix: 5-11-2020, 08:59
Xəbəri paylaş



Xəbər lenti