Separatçı məmur Azərbaycan Ordusunun gücünü ETİRAF ETDİ
Ermənistan mətbuatı bir neçə gündür ki, Qarabağın döyünən ürəyi olan Şuşa şəhəri uğrunda gərgin döyüşlərin getdiyini yazır.
Azvision.az -ın məlumatına görə, hətta məşhur erməni jurnalistlərdən birinin sosial şəbəkələrdə öz rəhbərlərinə ünvanladığı “Azərbaycan Ordusu Şuşa qalasına nə vaxt yaxınlaşdı ki, bizim xəbərimiz olmadı?” kimi acıqlı sualı ciddi etirazla qarşılanmışdı. Ermənilər qısa zamanda Ordumuzun Qarabağda bu qədər dərinliyə girməsindən heyrətlərini gizlətmirlər.
Dünən isə Azərbacan ərazilərinə qanunsuz gedərək dezinformasiyalar yayan “WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi “jurnalist” Semyon Peqov Şuşa ətrafında gedən döyüşlərlə bağlı videoreportaj yayıb. Videoda cəfəng dolu fikirlər səsləndirən Peqov Ordumuzun gücünü həzm edə bilmədiyini göstərib.
Əvvəllər guya ermənilərin Hadrutu geri qaytarması barədə fake videolar paylaşan Peqov indi acizanə şəkildə deyir: “Azərbaycan Ordusu hazırda intensiv şəkildə Şuşadakı səngərləri atəşə tutur. İndi döyüşlərin getdiyi bu istiqamət Şuşanın açarı sayılır”.
O, daha sonra "Şuşa Administrasiyasının aparat rəhbəri" Qrişa Ohanesyandan açıqlama alıb. Maraqlıdır ki, Ohanesyan qəmli görünüş alaraq daha çox Ordumuzun peşəkarlığından söz açıb: “Azərbacanlılar bu istiqamətdə xeyli canlı qüvvə toplayıblar. Xüsusilə də bura cəmləşdirilən ordu bölmələri digərlərindən fərqlənir. Görünən odur ki, onlar döyüşlərə çox yaxşı hazırlıqlı gəliblər. Hazırda azərbaycanlılar elə-belə irəliləmirlər”.
Bu faktın özü bir daha onu göstərir ki, artıq Ordumuzun qısa zamanda Qarabağda uğurla irəliləməsindən təşviş keçirən ermənilər Azərbaycanın gücünü aşkar şəkildə etiraf etməyə başlayırlar. Qrişa Ohanesyan kimilər həm də bu həqiqəti indidən boşuna kamera önündə acizanə şəkildə etiraf etmirlər. Sabah erməni cəmiyyəti soruşanda ki, “Şuşa niyə itirildi?”, bu qınağın qarşısında desinlər ki, Azərbaycan Ordusu güclü idi…
Tarix: 4-11-2020, 14:30
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
6-08-2026, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
6-08-2026, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
6-08-2026, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
6-08-2026, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
6-08-2026, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
6-08-2026, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
6-08-2026, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
6-08-2026, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
6-08-2026, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
6-08-2026, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
6-08-2026, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ