Paşinyan – İŞİDyan, sən dəmi terroru pisləyirsən?



Ermənistanın şizofrenik baş naziri Nikol Paşinyanın gözünə deyəsən artıq hər yerdə “vəhşi türk” obrazı görünür. Qınamırıq, ruhi xəstəlikdən əziyyət çəkən, cəbhədəki iflasdan dolayı xroniki yuxusuzluğa düçar olan adamın (hərçənd belə ikiayaqlı məxluqlara adam deməyə adamın dili gəlmir) qallüsinasiya görməsi təbiidir. 
İndi də o, utanıb-qızarmadan Avstriyadakı terror aktını pisləyib, bu ölkənin baş nazirinə dəstək məktubu yazıb və təbii ki, türkə patoloji nifrətini də onun gözünə qatıb. Sitat: “Biz Avstriya xalqı üçün dua edirik. Dağlıq Qarabağ bir aydan çoxdur Azərbaycan-Türkiyə “terrorçu tandemi” ilə (dırnaqlar bizimdir – Z.S.) mübarizə aparır. Mən Avstriya xalqının dərdini bölüşürəm”. 
Əvvəla, başına dəysin sənin duaların və məlumun olsun ki, Allah yalnız saleh bəndələrinin dualarını eşidər, rəhmsiz terrorçuların, zalım-zülmkarların, saxtakar-yalançıların yox! 
İkincisi, “Keçəl çarə qıla bilsə, öncə öz başına qılar”. Sən əvvəlcə fəlakətin bir addımlığına gətirdiyin bədbəxt xalqının halına ağla, onun üçün dua elə, bəlkə qəbul oluna. Amma bundan ötrü gərəkdir ki, öncə bəd əməllərə görə, etdiyin günahlara görə səmimi şəkildə tövbə edəsən. Misal üçün, dinc şəhərlərimizə raket hücumu barədə verdiyin əmrlərlə bağlı. 
Yoxsa ki, ruhu-qanı ilə, təfəkkürü ilə terrorçu, irqçi olan birisi terror aktını necə pisləyə, terror qurbanlarının halına necə yana bilər? Bəs indi Gəncədə, Bərdədə, Goranboyda erməni raketlərindən həlak olmuş 10 azərbaycanlı uşağı kimin adına yazaq: İŞİD-in, yoxsa İŞİDyanın, yəni Paşinyanın? 
Terrorun buynuzumu olur? Amma İŞİD heç olmasa, qadağan olunmamış silahlarla öz mübarizəsini aparır, Ermənistan rəhbərliyi isə hətta artıq yasaqlanmış kimyəvi silahlardan sayılan fosforlu bombaların tətbiqinə keçib. Özü də mülki əhalimizə qarşı! Elə bu yazı yazılarkən Tərtər fosforlu bombalarla hücuma məruz qalırdı... 
Üstünə xaç şəkli çəkilmiş tanklarla Xocalıya girib soyqırım törədənlərin, onların məsləkdaşlarının, bu qətliama görə indiyədək tükü belə tərpənməyən millətin duaları əlbəttə ki, Allah dərgahında eşidilməz. Eşidilmədi də. Söz gəlişi, o gün erməni siyasətçilərindən biri Qarabağdakı hərbi uğursuzluq və böyük canlı itkilərlə bağlı beləcə də demişdi: “Biz ermənilər etdiyimiz günahların altını çəkirik”. 
Hələ harasıdır, əsl cəza sonra olacaq. Qarabağ müharibəsi bitəndən sonra Ermənistan adında qondarma dövlət “tikişlər üzrə” söküləndən, onun olan-qalan əhalisi də oradan tərən-pərən düşəndən sonra. Bu minvalla Nikol İŞİDyan Ermənistan adlı saxta dövlətin sonuncu rəhbəri kimi də tarixdə qala bilər. Üstəlik, körpə qatili, cinayətkar və terrorçu baş nazir olaraq. 
Bu yerdə bəlkə də Jirinovski haqlıdır deyəndə ki, Ermənistanın yeganə qurtuluşu Rusiya tərkibinə daxil olmaqdır. Yəqin yaxşı bilir ki, bu başdan xəstə qövmün türklərə qarşı ədavəti qiyamətədək bitən deyil...
Guya indi bunun Vyanadakı terror qurbanlarına ürəyi yanır. Gəncdə yatdığı yerdə raket zərbəsindən həyatını itirən insanlar, məsum körpələr, Bərdədə yelləncəkdə yellənərkən raket zərbəsindən içalatı çölə tökülən 7 yaşlı Aysu bəyəm insan deyildilərmi? Onların qətlinə görə olmayan vicdanın sızlamadımı, Nikol İŞİDyan? Axı uşaqların milliyyəti olmur! 
Əminik, erməni əbləhin zərrəcə ürəyi yanmayıb. Əksinə, “daha bir necə türkü o dünyaya göndərdik” deyibən sevinib öz başdanxarab toplumu ilə birgə. Yoxsa ertəsi gün Bərdədə daha 21 dinc sakinimiz qanına qəltan edilməzdi...
Bir yandan da nəyi qoyub, nə axtarırıq. Axı erməni hara, insanlıq, insaniyyət hara? Bunlar İrəvanın mərkəzində 6 metrik heykəli ucalan faşist əlaltısı Qaregin Njdenin törəmələri deyilmi? Nikol Paşinyanın babası nasist olmayıbmı? Onun özü Njde sevdalısı deyilmi? 
Bəli. O Njde ki, “Dünyadakı axırıncı türk kar, kor, lal da olsa, öldürülməlidir!” demişdi...
Zahid SƏFƏROĞLU
Tarix: 3-11-2020, 19:32
Xəbəri paylaş



Xəbər lenti