Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda davam edən döyüşlər zamanı Azərbaycanın 16 hərbi helikopter itirdiyini bəyan edib. Amma bununa belə, Yerevan bu müddət ərzində həmin helikopterlərlə əlaqədar bir dənə də olsun sübut təqdim edə bilməyib.Trend-in məlumatına görə, bu barədə Rusiyanın "avia.pro" nəşri yazır.
Məqalədə qeyd olunur ki, münaqişənin ilk günlərində naməlum uçuş aparatının dağıntılarını nümayiş etdirib:
"Amma mütəxəssislər müəyyənləşdirib ki, bu kadrlar quramadır, çünki kadrdakı qırıntılar raketlə vurulan heikopterə xas qırıntılar deyil. Qırıntıların digər hissəsi isə ümumiyyətlə təqdim olunmayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin vurulmuş uçuş aparatları ilə bağlı hər hansı bir dəlilin təqdim olunmamasını isə Yerevanda şərh etməyiblər".
Neqativ.com
Tarix: 1-11-2020, 20:12