Mnaçakanyan Qarabağdan qaçan ermənilərin şişirdilmiş sayını açıqladı - Pisliklər indi öz başınıza gəlir



Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatları nəticəsində 90 min insan Ermənistana gedib.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtondakı çıxışında bəyan edib.
“İşğal edilən Dağlıq Qarabağın hərbi obyektləri davamlı atəş altındadır – pilotsuz təyyarələr, raketlər, hava bombardmanları. Təxminən 90 min nəfər qaçqın düşüb, evlərini, mülklərini itiriblər”. Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri belə vurğulayıb.
“Buna nə vaxtsa son qoyulmalıdır” deyib Mnatsakanyan.
Qeyd edək ki, sentyabrın 27-dən etibarən Qarabağ münaqişəsi zonasında gərgin döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini geri qaytarıb.
Haşiyə: Cənab nazir, narahat olma, yaxın vaxtlarda buna son qoyulacaq və Azərbaycan bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. 1988-1994-cü illərdə də azərbaycanlılar elə qaçqın düşmüşdülər, ancaq onların sayı 90 min deyildi, 1 milyondan çox idi. Fərqə diqqətlə baxın. Döyüş əməliyyatlarında da ermənilərlə elə fərqlə üstünük və iti qovan kimi qovuruq.
Tarix: 24-10-2020, 09:58
Xəbəri paylaş



Xəbər lenti