“Bu hücumu, inşallah, yalnız Ermənistanın kapitulyasiyası dayandıra bilər. Ancaq o halda belə…”

"Hərbi əməliyyatların başlanğıcında silahlanma baxımından Azərbaycan və Ermənistan qüvvələrinin bərabər olmadığı aydın idi... Azərbaycan ordusunun döyüş vərdişləri, eləcə də əsgərlərin hazırlığında və birgə hərbi təlimlərdə iştirak edən Türkiyə hərbi məktəbinin təsiri böyük rol oynayıb".
Moderator.az xəbər verir ki, bu fikirləri Rusiya mediasına açıqlamasında hərbi ekspert, 1-ci dərəcəli kapitan Vasili Dandıkin söyləyib.
Hərbi ekspert hesab edir ki, Azərbaycan tərəf hücumu dayandırmasa, Laçın dəhlizinə girəcək və sonra dağlara dirənəcək…
“Düzən ərazilərdə Azərbaycan ordusunun üstünlüyü göz qabağındadır, ancaq dağlarda müharibə tamamilə fərqlidir. Ermənistan dağlarda müharibəyə hazırlaşmağa vaxt tapıb" – deyə Dandıkin vurğulayıb...
P.S. Deyəsən, Rusiya hərbi eksperti ümid edir ki, Laçının, Şuşanın, Kəlbəcərin uca dağlıq şəraitində Ermənistanın miskin duruma düşmüş işğalçı ordusunun Azərbaycan ordusuna üstün gəlmək şansı var. Ancaq V.Dandıkin unudur ki, hazırda Azərbaycan əsgərinin silah-sursat, texniki baxımdan üstünlüyü ilə yanaşı, ən vacib olan qeyrəti və ruh yüksəkliyi var ki, bu amil dağlardan da ucadır. Və inşallah, Laçın dəhlizində, Şuşada, Kəlbəcərdəki döyüşlərdə də Milli Ordumuzun cəsarətli hücumları erməni qoşunlarının tör-töküntülərinə heç göz açmağa vaxt tapmalarına da imkan verməyəcək...
P.P.S. Azərbaycan ordusunun hücumunu, inşallah, yalnız Ermənistanın kapitulyasiyası dayandıra bilər. Ancaq o halda belə, biz Laçına da, Şuşaya da, Kəlbəcərə də qovuşmalıyıq… Ortalıqda ən azı, Ali Baş Komandanımızın və qardaş Türkiyə lideri Ərdoğanın qəti sözləri var - hər bir qarış torpağımız işğalçı ermənilərdən azad olunmalıdır...Sultan Laçın
Tarix: 22-10-2020, 16:38