Bu gündən Azərbaycan və Avropa karantini yumşaldıb: Hansı ölkədə hansı qadağa qüvvədən düşüb?


Bu gündən Azərbaycan və Avropa karantini yumşaldıb: Hansı ölkədə hansı qadağa qüvvədən düşüb?

Bu gündən etibarən Azərbaycanla yanaşı, Avropa ölkələri də karantin rejimini yumşaltmağa başlayıb.

Cebhe.info xəbər verir ki, artq İtaliyada 4,5 milyon insan işinə qayıda bilər, kafe və restoranlar açılıb, tikinti və sənaye müəssisələrində iş bərpa edilib.

Eyni vəziyyət Serbiyayada qüvvədədir. Bu ölkədə həm də ictimai nəqliyyat bərpa olunur. Prezidentin sözlərinə görə, ölkədəki fövqəladə vəziyyət də mayın 7-də götürüləcək.

Almaniya və Polşada da yumşaldılma tədbirləri başlayıb. Polşada artıq muzeylər, xatirə kompleksləri açılıb. Küçədə 50 nəfərin toplaşması mümkündür.

İspaniyada isə əhali xidmət sahələrindən istifadə edə bilər. Burada da gözəllik salonları, bərbərxanalar açılıb, geyim və ayaqqabı təmirçilərinin işinə icazə verilib.

Fransada isə səhiyyə sahəsində fövqəladə vəziyyət 24 iyuna qədər qüvvədə olacaq. Dini ibadətgahlar bağlı olacaq, kütləvi xidmət sahələri işləməyəcək. Yaxınlarının səhhəti üçün dua etmək istəyənlərə onlayn xidmət göstərilir. Küçələrdə bunun üçün xüsusi yerlər hazırlanıb.

Almaniyada göstəricilər yaxşı olduğuna görə burada kilsələri açıblar. Ancaq içəridə sosial məsafə tələbi var.

Bolqarıstand isə həkimlər arasında xəstəlik müşahidə olunub və bir həkim ölüb. Buna görə də burada yumşaldılma prosesi ləng gedir.

Belçikada bu gündən etibarən ictumai nəqliyyatda tibbi maska tələbi qoyulub. Tələb 12 yaşdan yuxarılara aiddir.

İspaniyada da maska tələbi qüvvədədir. Ölkədə virusa yoluxma və ölüm halları kəskin azalır. Buna görə də karantin rejimi gündəlik olaraq yumşaldılacaq.

Azərbaycanda bu gündən etibarən virusun azaldığı və ya artıq müşahidə olunmadığı bölgələrdə katantin rejimi götürülüb, kafe və restoranlar, parklar açılıb. SMS icazəsi bu rayonlaırn əhalisi üçün ləğv olunub.

Bakı, Sumaqayıt, Abşeron da daxil olmaqla, karantin rejimi hələ qüvvədədir. Ancaq paytaxtda da ticarət obyektləri, gözəllik salonları və bərbərxanalar bu gündən açılır. Dövlət qurumlarının işi bərpa olunur.


Tarix: 4-05-2020, 11:38
Xəbəri paylaş



Xəbər lenti