BMT koronavirusla ən effektiv mübarizə aparan ölkələrin adlarını AÇIQLADI...





BMT koronavirusla mübarizədə hazırlıq səviyyəsi yüksək olan ölkələrin adlarını açıqlayıb. 

Moderator.az xəbər verir ki, dünyanın 189 ölkəsi içində ən hazırlıqlı, koronavirusla ən effektiv mübarizə aparan ölkələrin siyahısına Norveç,  İsveçrə, Almaniya və İrlandiya başçılıq edir.

Hazırlıq səviyyəsinə və iş üslubuna görə Argentinadan sonra 49-cu yerdə qərarlaşan Rusiya Belarusdan (50-ci yer) bir addım irəlidədir. Dünyanın super gücü olan ABŞ isə siyahıda 16-cı yerdədir. 
Pandemiyanın tügyan etdiyi Avropa ölkələri sırasında olan İspaniya 25-ci, Fransa 27-ci,  İtaliya 29-cu yeri bölüşür. 

BMT-nin təqdim etdiyi hesabatda çoxsaylı problemlər yaransa da, ölkələrin Kovid-19 virusu ilə apardığı mübarizə yüksək qiymətləndirilir. 

Xatırladaq ki, son statistikaya görə, bütün dünyada 3 milyondan çox adam bu dəhşətli virusa yoluxub. Koronavirusdan ölən dünya sakinlərinin sayı isə artıq 215 min nəfəri ötüb.
Tarix: 29-04-2020, 23:32
Xəbəri paylaş



Xəbər lenti