Jurnalist: “Mətbuatımızın hər yerindən hin iyi gəlir”

 
Hörmətli Əflatun müəllim (Aflatun Amashov), inciməyin, əslində, mətbuatımızın bir çox problemləri də elə məhz Sizin bu xüsusiyyətinizdən – “toyuqlara” zamanında “kiş” deyə bilməmənizdən qaynaqlandı. Mətbuatı “dən anbarı” bilənlər sahibi ölmüş toyuq-cücətək daraşdılar mətbuatın canına, eşdilər eşə bildikləri qədər! Sizsə qovmadınız anbarı eşib-zibilləyən bu “yiyəsiz quş”ları, daş atmadınız onlara. Bu da nəticəsi - indi mətbuatımızın hər yerindən hin iyi gəlir!
 
Bəzən insan, xüsusən də rəhbər şəxs mərhəmət hissinin çoxluğunun əziyyətini çəkir, sərt qərarlar verməsinin önünü kəsir və sonra da bunun əziyyətini yaşayır. Açıq yazıram: mən Sizi də bu kateqoriyadan olan insanlar sırasında görürəm – Siz mətbuat adamı olaraq, mətbuata anbar kimi baxanlara zamanında qalxıb etiraz edə, “belə olmaz” desəydiniz və bu işdə də çevrənizə ləyaqətini, qələmini və vicdanını pula satmayan jurnalistləri toplasaydınız, bəlkə də hər şey başqa cür olardı indi...
 
Media sektoruna cavabdeh adamlardan biri olaraq, imtiyazlardan yararlanıb özünüzə sayt-qəzet açmamağınız, o biriləri kimi dövlət büdcəsindən ora pul axıtmamağınız isə təqdirediləndir və ədalət hissinə sahib olanlar bunu görür, qiymətləndirir.
 
Bəli, vicdan – insanın içindəki Tanrıdır! Ancaq məlumunuz olsun ki, Kəbədə insanların Tanrı bildiyi bütlərdən birinin adı "Manat" olub! Təəssüf ki, bizdə hələ də bir çoxlarının Tanrısı məhz Manatdır! Vicdanı Allah qarşısında təmiz olanlar və hər işində də Allahı başının üstündə görənlər qorxmaz, çünki onları Allah qoruyar!
 
Elxan Şükürlü
 
Jurnalist
Tarix: 22-04-2020, 20:49
Xəbəri paylaş



Xəbər lenti