Azərbaycanlı astroloq: “Mayın ikinci yarısında “Evdə qal” kampaniyası bitəcək...”

 

Son məlumata görə, dünyada 2 milyon 190 mindən çox insan koronavirusa yoluxub, 147 min 27 nəfər virusdan dünyasını dəyişib. Dünyanın bəlasına çevrilən koronavirus ucbatından dünya ölkələrinin böyük əksəriyyətində həyat demək olar ki, iflic olub, əhali evlərə təcrid olunub, böyük şəhərlər insanlarsız qalaraq, sanki kabusa bənzəyir. 

Bəs bu kabus nə zaman bitəcək?

Koronavirus bəlasının bitməsi ilə bağlı mütəxəssislər müxtəlif proqnozlar verməkdədir. Onların əksəriyyəti bu epidemiyanın may ayının sonları, iyunun əvvəlində bitəcəyini bildirir. 

Məsələn, tanınmış rus akademiki, yoluxucu xəstəliklər mütəxəssisi Viktor Maleev bildirib ki, pandemiyanın bitməsi insanların karantin rejiminə necə əməl etməsindən, həkimlərin öz vəzifələrini necə yerinə yetirməsindən asılıdır. Mütəxəssis həmçinin bildirib ki, Rusiyada koronavirus epidemiyası ən yaxşı halda, yalnız iyunda bitəcək. 

Rusiyalı alim koronavirus epidemiyasının başa çatacağı tarixi ...

Rusiyalı akademik əlavə edib ki, koronavirus üzərində bütünlüklə qələbə yalnız peyvənd hazırlandıqdan və universal immunizasiya aparıldıqdan sonra müzakirə edilə bilər: “Ancaq peyvənd yalnız ilin sonuna hazır olacaq. Əgər tez olsa, bu yaxşı olacaq”.

Digər tanınmış rusiyalı virusoloq, Rusiya və Nyu-York Elmlər Akademiyasının üzvü, akademik, tibb elmləri doktoru Anatoli Alşteyn da pandemiyanın mayda azalacağını, iyunda isə tam bitəcəyini güman edirb: “Payız və qışda isə koronavirus yenidən aktivləşə bilər, lakin o vaxta qədər virus insanlara, insanlar da virusa öyrəşəcək və indiki kimi pandemiya halını almayacaq”. 

Bu arada təkcə mütəxəssislər deyil, ekstrasenslər də öz proqnozlarını verməkdədirlər. Məsələn, azərbaycanlı ekstrasens Zirəddin Rzayev bu haqda bir neçə gün öncə BAKU.TV-yə danışaraq bildirmişdi ki, pandemiya yay aylarının sonunda və ya payızın ilk günlərində bitəcək. O bildirib ki, bu, Qərbdə yaranan süni virusdur. Həm Azərbaycanda, həm də dünyada virus sona çatacaq. 

Xatırladaq ki, ekstrasens hələ 2017-ci ilin fevralında verdiyi müsahibəsində dünyada dəhşətli virusun yayılacağı, insanların maskada gəzəcəyi haqda proqnozlar vermişdi. 

Bəs astroloqların pandemiyanın nə zaman bitəcəyi haqda hansı proqnozları var?

Səbuhi Rəhimli: “Siçan ilində çoxlu sayda hərbi münaqişələr baş ...

Musavat.com mövzu ilə bağlı olaraq astroloq Səbuhi Rəhimlinin fikirlərini öyrənib. Astroloq deyib: “İllik proqnozumda da bildirmişdim ki, bu il kütləvi ölüm məsələsi yoxdur. Bura daxildir terror, qarşıdurma, xəstəlik və sairə. Gördüyünüz kimi, kütləvi ölüm halı yoxdur. Son məlumata görə, ölkədə bu günə qədər 15 nəfər virusdan dünyasını dəyişib. Gün ərzində elə 15 nəfər avtomobil qəzasında dünyasını dəyişirdi. Sözün düzü, heç inanmaq istəmirəm ki, 15 nəfərdən 10-u koronavirusdan ölüb. Ölən şəxslər başqa xəstəliklərdən də dünyasını dəyişə bilər. Bir sözlə, Azərbaycanda İtaliya, İspaniya, Türkiyədəki kimi kütləvi ölüm halı yaşanmır. Çünki hökumət virusla mübarizədə ehtiyatlı davranır. Pandemiyanın nə zaman bitəcəyi ilə bağlı proqnoza gəldikdə isə iradəli məsələləri proqnozlaşdırmaq olmur. Yalnız gedişatla bağlı hadisələri izləyərək demək olar ki, Azərbaycanda may ayında koronavirus bitəcək. Mayın ikinci yarısında qismən də olsa, karantin rejimi aradan götürüləcək. Ola bilsin ki, məktəblər açılmayacaq, amma bir daha qeyd edirəm ki, may ayının ikinci yarısında “Evdə qal” kampaniyası başa çatacaq”.

Tarix: 17-04-2020, 17:04
Xəbəri paylaş



Xəbər lenti