Koronavirus mayda bitəcək?- ilginc proqnoz və faktlar

 

Dünyada koronavirus infeksiyasına yoluxma davam edir. Belə ki, bu gün gecə saatlarından etibarən virus daşıyıcılarının sayı 2 milyonu keçib. Ölü sayı isə 127 mindən yuxarıdır. İndiyədək koronavirusdan cəmi 491 min 841 nəfər müalicə alaraq sağalıb. Müalicə alanların ümumi sayı isə 1 milyon 394 min 610 nəfərdir. Onlardan 51 min 518 nəfərinin vəziyyəti ağırdır.

Hazırda koronavirusdan əziyyət çəkən əsas ölkə ABŞ-dır. Belə ki, ötən gün ərzində koronavirusdan ABŞ-da 2 min 407 nəfər dünyasını dəyişib. Ümumilikdə ölkədə indiyədək 613 min 886 nəfər koronavirusa yoluxan qeydə alınıb.

ABŞ-dan sonra ilk beşlikdə yer alan İspaniya, İtaliya, Fransa və Almaniyada isə yoluxma sayında azalma müşahidə edilir. Dünyada təkcə bu ölkələrdə deyil, digər bir çox ölkələrdə də koronavirusa yoluxma azalan fazaya keçir. Məhz bu kimi faktorlara görə düşünülür ki, may ayından etibarən dünyada həyat normala dönə bilər. Ehtimal edilir ki, həmin aydan etibarən bəzi ölkələr karantin rejimini götürəcəklər.

Onu da bildirək ki, hazırda koronavirusun beşiyi sayılan Çinin Uhan şəhərində karantin rejiminin yumşaldılması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu şəhərdə artıq ictimai nəqliyyat işləyir, insanlar küçələrdə rahat şəkildə gəzə bilirlər. Azərbaycanda isə yeni qərar qəbul edilməsə xüsusi karantin rejimi aprelin 20-də bitəcək.

Ancaq bu kimi fikirlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ ki yekdil rəy vermir. Belə ki, təşkilatın sözçüsü Kristian Lindmayer koronavirus pandemiyasının nə vaxt başa çatacağı ilə bağlı Türkiyənin NTV telekanalının suallarını cavablandırarkən deyib: “Bu, tamamilə virusa qarşı vaksin və dərman preparatı ilə bağlı fəaliyyətdən asılıdır. Bu, hər ikisinin yaxın dövrdə tapılmasına bağlıdır. Dolayısı ilə bu mövzuda, bu şəraitdə heç bir proqnozumuz yoxdur. Təəssüf ki, bu məsələ ilə bağlı bir təxminim də yoxdur”.

ÜST rəsmisi müxbirin “Bir il, iki il” sualına cavab olaraq deyib: “Bunu demək çox çətindir. Vaksin 12-18 aya ancaq hazır ola bilər. Bunun kütləvi istehsalı daha uzun prosesdir. Ancaq bu mübarizədə vaksin əldə etməyimiz çox əhəmiyyətlidir. Əlbəttə. Yenidən işə getmək, işləmək, məktəblərin yenidən açılması, bütün işlərin normal hala dönməsini istəyirik. Bu sualın cavabı çox çətindir. Hamımız bu sualın cavabını verə bilmək istəyirik. Hətta evində oturub, sualları cavablandıran mən də...”, - Kristian Lindmayer vurğulayıb.

Həkim ÜST-ə məktub yazdı: Koronanın dərmanı budur - Video

Musavat.com-a açıqlamasında professor Adil Qeybulla bildirdi ki, koronavirusla bağlı sosial izolyasiya tədbirlərinə əməl edilərsə, may ayından etibarən prosesin azalan xətt üzrə getməsini görə bilərik. Professor hesab edir ki, burada insanların qaydalara əməl etməsi əsas şərtdir. Yoluxma azalarsa, karantin rejimi də yumşaldıla və hətta qaldırıla bilər.

Bilim Kurulu Üyesi Prof. Dr. Tevfik Özlü canlı yayında açıkladı ...

Türkiyəli professor Tevfik Özlü isə açıqlamasında bildirib ki, dünyanın normal həyata dönməsi may ayının 20-dən sonra mümkün olacaq. Professor bildirib ki, ağır xəstələrin sayının azalması bunları söyləməyə imkan verən əsas nüansdır.
Onu da bildirək ki, Avstriyanın baş naziri Sebastian Kurz paytaxt Vyanada mətbuat konfransı zamanı bildirib ki, karantin rejimi ilə bağlı bəzi yumşalmalar ediləcək. Bəzi kiçik müəssisələrin, mağazaların fəaliyyətə başlayacağı söylənilib. Lakin qeyd edilib ki, insanlar təhlükəsizlik qaydalarına əməl edib maska taxmalıdır. Kurz bildirib ki, tədrislə bağlı müəssisələr mayın ortasına qədər bağlı qalacaq.

Ekspertlərə görə, Avstiya digər Avropa ölkələri ilə müqayisədə virusa qarşı gördüyü tədbirlərdə uğur əldə edə bilib. Bəs Amerikada vəziyyət necə olacaq?

Elə Amerikalı mütəxəssislərin özləri də hesab edirlər ki, ABŞ koronavirusa qarşı mübarizədə bir qədər gecikib. Məhz buna görə də orada bu cür hallar yaşanır. Lakin hesab edilir ki, may ayında ABŞ-da da həyat normala dönə bilər. CNN kanalına açıqlamasında ABŞ administrasiyasının koronavirus üzrə baş məsləhətçisi həkim Antoni Fauci bildirib ki, COVİD-19-un dayandırılması ilə bağlı tədbirlər daha əvvəldən görülsəydi, xeyli həyatları qurtarmaq olardı. Onun sözlərinə görə, ABŞ-ın bir çox yerlərində may ayından etibarən həyat normal axarına dönə bilər.

Əlavə edək ki, hazırda ABŞ-da koronovirusun ən geniş yayıldığı yer Nyu-York şəhəridir. Belə ki, son məlumatlarda görə, bu şəhərdə 203 min 123 nəfər koronavirusa yoluxub, 10 min 834 nəfər isə bu virusdan dünyasını dəyişib...

Əli Rais

Tarix: 15-04-2020, 17:30
Xəbəri paylaş



Xəbər lenti