Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Hacıqərvənd kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyin Hacıqərvənd kəndində keçirilib.

Qəbulda Rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov,  YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Yuxarı Qapanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Hacıqərvənd kəndinin 1271 hektar ərazisi, 684 təsərrüfatı, 2865 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana,1 tibb obyekti 9 ticarət obyekti və 14 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1760 baş iribuynuzlu, 1970 baş xırdabuynuzlu heyvan, 10100 baş quş və 236 arı ailəsi saxlayırlar.

Son üç ildə Hacıqərvənd kəndində kəndarası yollar 1200 metr məsafədə təmir edilib, su arxları 9800 metr məsafədə lildən təmizlənib, kənd ərazisində müxtəlif növ ağaclar əkilib və kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından  təmizlənmişdir.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Vidadi Hüseynov şəhid abidəsinin arxa tərəfində olan qovaq ağacının budanması,Oktay Həsənov yol kənarında olan çinar ağacının budanması,Səxavət Bayramov həyətyanı torpaq sahəsinə gedən yola şebel tökülməsi və qəbristanlıq üçün ayrılmış torpaq sahəsinə gedən yol kənarında olan arxın təzələnməsi, Təzəgül Qiyasova pay torpaq mübahisəsi, Sərvər Həsənov həyətyani torpaq sahəsinin ayrılması, Eldar Alıkişiyev elektrik xətlərinin kabelləşdirilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Tarix: 11-12-2025, 18:20
Xəbəri paylaş



Xəbər lenti