Tərtərdə “Novruz bayramı” münasibəti ilə şəhid ailələri və qazilər ziyarət edildi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və icra hakimiyyətinin nümayəndələri “Novruz bayramı” münasibətilə şəhid və qazi ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Görüşlərdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan möhtəşəm Qələbədən danışdı. Cənab prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi. Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırıldı. Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.