Qaxda 7 şəhidin başdaşı qoyilmayıb, başçının canı çıxır?-VİDEO


Qaxda 7 şəhidin başdaşı qoyilmayıb, başçının canı çıxır?-VİDEO

Vətən müharibəsinin başa çatmasından 4 ay keçsə də, hələ də şəhidlərə, onların ailələrinə, Qarabağ qazilərinə məmurların, icra başçılarının laqeyd münasibətini ayrı-ayrı fraqmentlərdə müşahidə edirik. Az qala hər həftə bu səpkidə materiallar təqdim edirik, amma problemlər bitmir.
Reportyor.info-ya bu dəfə göndərilən video xəbərdə isə bildirilir ki, şəhidlərə qarşı etinasızlıq, biganəlik Qax rayonunda baş verib.
Vətən üçün canından keçən Qaxın şəhidlərindən 7 nəfərinin indiyə qədər başdaşı götürülməyib. Hazırda Qax rayonunda Şəhidlər Xiyabanında 7 şəhidin məzarı başdaşısız qalıb.
Məlumatda deyilir ki, məzar daşı qoyulmayan şəhidlərimiz Ağayev Asəf, Tağıyev Bəhruz, Məmmədov Sadiq, Səfərov Əfəndi, İzzətzadə Elgün, İsrafilov Abdulla və Əliyev Təbrizdir.
Şəhidlərimizlə bağlı bu vəzifəni icra etmək birbaşa Qax rayon icra başçısı Musa Şəkiliyevin üzərinə düşür. Şəhidlərin dəfni, məzar daşı və yas məclisi xərcləri üçün İH-lər ailələrinə vəsait ödəməlidirlər.
Amma Qaxın milyonçu, əhli-kef icra başçısı atəşkəsdən 4 ay keçməsinə baxmayaraq, 7 şəhidin məzar daşını götürmək üçün canı çıxıb. Buna başqa ad vermək olmur.
Bu barədə redaksiyamıza ünvanlanan video materialda da reallıqla tanış ola bilərsiniz. Ən əsası budur ki, Qaxın kəndlərdə dəfn edilən 22 şəhidin məzar daşını isə insanlar öz vəsaiti hesabına təşkil ediblər.
Yəni, Qax İH və səlahiyyətli şəxslər, rayon rəhbərliyi 29 şəhidinə qarşı təhqiramiz, kobud, saymazyana, dövlətin siyasətinə zidd mövqe nümayiş etdirib.
Buyurun, tamaşa edin və əgər icra başçısı M.Şəkiliyev də yuxudan oyanıbsa, yaxşı süfrə açıb nahar edibsə, bir bu kadrlara göz atsın…
Tarix: 15-03-2021, 21:40
Xəbəri paylaş



Xəbər lenti