Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin Qaxdakı qanunsuz əməllərindən daha birisi barədə ifşaedici materiallar yayılıb.
“Qax Oyan” platformasının Facebook sosial şəbəkəsində yaydığı materialda icra başçısı Musa Şəkiliyevin daha bir qanunsuz əməli barədə faktlar öz əksini tapıb.
Qax.org.az xəbər verir ki, rayonun mərkəzi parkında – Qax rayonu Aydın Məmmədov küçəsində yerləşən Heydər Əliyev Parkında uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş elektrikli maşınlar olan manejin sahəsini qanunsuz zəbt edən icra başçısı həmin maneji bərpa etmək əvəzinə, orada iki mərtəbəli “Park kafe” adlı çayxana inşa edib. Çayxananın tikinti işləri isə icra başçısının doğma qardaşı Şəkiliyev Eldəniz Şaban oğlunun adına rəsmiləşdirib.
Mövzu ilə bağlı Qax rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 26-01-2021, 11:05