Kəlbəcər Təhsil Şöbəsinin müdiri: - " məni direktor maraqlandırmır, mən özümü təmizə çıxarmaq üçün yalandan təkzib verdirmişəm"

  


Kəlbəcər Təhsil Şöbəsinin müdiri: - " məni direktor maraqlandırmır, mən özümü təmizə çıxarmaq üçün yalandan təkzib verdirmişəm"
Sosial şəbəkələrdə Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə video-çəkiliş yayımlanmışdı.
Bu video-çəkiliş barəsində Kəlbəcər rayon Təhsil Şöbəsinin rəsmiləri 14.01.2021-ci il tarixdə açıqlama bildirmişdilər. Həminaçıqlamada bildirilirdi: “ Bu çəkiliş köhnə, 2018-ci ilə aid olan bir çəkilişdir və bu da Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun fəaliyyətə başladığı dövrü əhatə etmir. Videoda olan şəxşlər barəsində elə 2018-ci ildə də müəyyən cəza tədbirləri görülüb. İndi bu videonun yenidən yayılması Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərova qarayaxma kompaniyası deməkdir”.
17.01.2021-ci il tarixdə ATİA.AZ-ın redaksiyasına Kəlbəcər 2 saylı məktəbin müəlliməsi Şəhla xanım zəng edərək bu açıqlamaya öz iradını bildirdi. Belə ki, Şəhla müəllimənin dediyinə görə açıqlamada bildirilən məlumatlar həqiqəti əks etdirmir. Birincisi həmin video 2018-ci ildə yox, 2019-cu ildə çəkilib, ikincisi Şəhla müəllimə həmin videonu özü çəkdiyini iddia edir və bildirir ki, o videoda olanlar hamısı düzdür, həqiqətən pul yığılma faktları olub, heç bir işçi haqqında da cəza tədbiri görülməyib. Telefon danışığında məktəbin digər müəllimi Məmmədova Südabə də fikir bildirərək videoda olanların həqiqət olduğunu bildirmişdi. Həmin adıgedən səsyazısı da tərəfimizdən təqdim olunmuşdu.
Videonu çəkən müəllimələrdən redaksiyamıza yeni faktlar daxil olub. Mənbənin verdiyi məlumata görə Kəlbəcər Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov həmin müəllimələri qəbul edərkən videonun məhz onun işlədiyi dövrdə çəkildiyini etiraf edib və deyib: “Mən o təkzibi özümü təmizə çıxarmaq üçün vermişdim. Məni məktəbin direktoru maraqlandırmır, mənə ancaq özümün bu qalmaqallı zibildən qurtarmağım lazımdır”.
Mənbənin məlumatına görə videoda olanlar həqiqətdir və yıqılan pullardan Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun da payı var.
Araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 21-01-2021, 10:36
Xəbəri paylaş



Xəbər lenti