Meşə mafiyası iş başında – Qəbələ Regional Meşə Təsərrüfatı Kürdəxanıdan idarə olunur?


Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya Baş naziri Əli Əsədova, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri  Vilayət Eyvazova, Azərbaycan Respublikasının İqtisadiyyat naziri M.Cabbarova, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Oğuz rayon İcra Hakimiyyətinin başçısı E.Qurbanova, Ombudsman Aparatının rəhbərinə və  Kütləvi İnformasıya Vasitələrinə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin və ETSN-dəki himayədarlarının korrupsiya  hətəkətlərinin dərhal qarşısının alınması barədə artıq altıncı dəfədir ki, müraciət ünvanlanıb.
Aktualinfo.org sabiq meşəbəyisi Xalid  Seyidovun sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:
Mən 2020-ci ilin aprelindən indiyədək Oğuz-Qəbələ rayonlarında meşə fonduna edilən total hücumlar – kütləvi ağac kəsimləri barəsində foto və video faktlar əsasında yuxarı aidiyyatı orqanlara dəfələrlə şikayət məktubları ünvanlamışam. Doğrudur, şikayətlərimə dərhal reaksiya verən DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi olmuşdur ki, yazdıqlarımı təfsilatı ilə araşdırdıqdan sonra ATSN Qəbələ Regional meşə Təsərrüfatının müdiri olmuş İlqar Qəribovu və bir neçə əməkdaşını ifşa edib həbs etdilər. ETSN bu hadisədən sonra İlqar Qəribovun yerinə onun dostu olan Alim Əlizadəni təyin etdi.
Cənab Alim Əlizadə bu postu tutmaq üçün nə qədər pul veribsə işlədiyi 8 ay ərzində təkcə Oğuz meşələrindəki sayseçmə ən qiymətli meşə ağaclarını, əsasən palıd, şabalıd və fıstıqağaclarından hələ biz biləni 700 ədədini kəsdirib mebel və taxta sexlərinin sifarişləri əsasında satdırdı.
Beləliklə, A.Əlizadə  vəzifə icrasının elə birinci ayından sonra rüşvətxorluqda və digər qanunpozuntularında  öz sələfini də, ötdü. İndi-indi bizlərə aydın olur ki, cənab Qəribov istintaq altında olsa da,bu gün Qəbələ Regional Meşə Təsərrüfatı onun mobil telefonla etdiyi diqtə ilə idarə olunur.Yəni son müşahidələrimdən və faktlar üzrə yazdığım şikayətlərin nəticəsiz qalmasının səbəbləri indi mənə məlum olur ki, ETSN Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi indi də deyure olmasa da, de fakto təcridxanada,istintaq altında olan İ.Qəribov tərəfindən idarə olumaqdadır. Həm də bu adamın ETSN-nin Meşə Depertamenti sədri Namiq Xıdırov və onun müavini Mehmanla ( hər iki kadr nazir Muxtar Babayev tərəfindən SOCAR –dan birbaşa bu vəzifələrə təyin olunublar. Amma nə Namiqin, nə də Mehmanın meşə ixtisası və bu sahədə sadə anlayışları belə yoxdur) sıx dostluğu olan A.Əlizadə bu posta təyin olunduğu gündən meşələrimizin qəniminə çevrilib. Taksi sürücüsü kimi elə bil bu adama ETSN tərəfindən “aylıq plan” qoyulub ki, bu qədər gətirməlisən. Belə olmasaydı bu qədər kütləvi ağac kəsintisi faktlarına qarşı heç olmasa bircə meşə gözətçisi yüngül də olsa cəzalana bilərdi. Amma biz bunların əksini görürürk.
 Bir ay əvvəl Oğuz rayonundan Muxas kənd sakinləri Hümbət Musayev və Asifin 8 saylı meşə dolayında yenicə kəsilmiş 130 ədəd qiymətli ağacların fotoları ETSN və digər direktiv orqanlara göndərilsə də İ.Qəribovun dostu hesab edilən meşə gözətçisi Bənövşə xanıma kimsə söz deyə bilmədi. 130 ağaca görə A.Əlizadənin göstərişi ilə cəmi 1250 manat cərimə aktı yazdılar. Tək Muxas kənd meşəsindən son bir il ərzində 10 minə qədər ağac kəsintisi olmuşdur. Vəssəlam. Halbuki bu tək bir palıd ağacının cəriməsidir. Belə isalları rayonun daşağıl, Filfili, Tayıflı və digər kəndlərində də göstərmək olar. Amma görünən budur ki, ETSN – də baş dövlət məmurları özlərini korluğa, karlığa və lallığa qoyublar.
Son müraciətimdən sonra ETSN-nin 6  saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin  komissiyası bir neçə meşə dolağında apardığı yoxlama zamanı  baş verən kütləvi məhvetməni gördülər. Lakin onlar çox az ərazini əhatə edən sahəyə – yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir.Budur, 8 dekabr şikayətimdən sonra ETSN-nin 6  saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yeni təyin olunmuş Akif Məmmədov ( qardaşı Valeh Məmmədov da Oğuzda meşə gözətçisi işləyir və onun ağac bazarına bu günə qədər heç kim bir söz deyə bilməyib. Yəni onun ağacla dolu kəsilmiş odun KAMAZlarını heç bir qüvvə hələlik saxlatdıra bilməyib)mənə bildirir ki, dekabrın 16-da komissiya təşkil olunacaq və biz birlikdə meşələrə gedib yoxlayacağıq. Amma hələlik səs səmir yoxdur Akif müəllimin niyyəti budur ki, qar yağan günü məni yoxlamaya dəvət etsin. Çünki özü də bilir ki, qar yağanda meşədə hərəkət etmək olmur.
Bizə o da məlum oldu ki, cənab Akif Məmmədovla ( Şahdağ Milli Parkının sabiq direktoru) Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadə ilə əvvəllər uzun müddət ETSN-nin Yaşıllaşdırma Depertamentində dostlar kimi birlikdə işləyiblərmiş.İndi də əlbir olub pul qazanırlar.
Sonuncu müraciətimdə xüsusi vurğulamışdım ki,Oğuzun Tayıflı kəndi ərazisində 2019-cu ildə ETSN tərəfindən salınmış 6 ha qoz bağını A.Əlizadə tamamilə şumlatdırıb yerli bələdiyyə sədrinə taxıl əkməsi üçün icarəyə verib. Eləcə də kəndin digər yerindəki 8 ha meşə sahəsini ağır texnikanın köməyilə kürütdürərək taxıl əkdirib. Bu adam regionda meşələri qorumaq əvəzinə meşə fondunu ermənilərdən betər yerlə-yeksan edirsə buna törədilmiş ağır cinayətdən başqa nə ad vermək olar? Doğrudanmı, ETSN –in yerli səlahiyyətliləri özlərini bu qədər itiriblər ki, gözlərinin önündə məhv edilən meşə fondunu görmürlər? Yaxşı ki, ETSN-nin Dövlət Təhlükəsizlik Deperamenti yazılı olaraq cavab məktubunda təsdiq etmişlər ki, dövlətin büdcsindən ayrılan 100 000 manat hesabına salınmış 6 ha qoz bağının tamamilə kürütdürülüb yerində Alim Əlizadənin göstərişi əsasında taxıl əkilmişdir.
  Budur, yenə də 3 gün əvvəl, yanvarın 16-da  Oğuz meşəsində diametri 45-55 sm olan və uzunluğu 1 m boyda doğranmış ( parket üçün) palıd ağaclarını dövlət nömrə nişanı 61BB285 olan URAL markalı yük avtomobilinə yığıb meşədən çıxarakən ETSN Regionnal Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri A.Əlizadənin Oğuz meşə təsəsrrüfatına təyin etdiyi Kənan adlı şəxsin rəhbərliyi altında Oğuz sakinləri avtomobilin qabağını kəsərək polisə şikayət etmişlər.Xatırladaq ki, Kənan əvvəllər Quba, Qusar Meşə təsərrüfatında işlərkən qanunsuz hərəkətlərinə görə işdən qovulmuş, sonra Qəbələ Regional Meşə Təsərrüfatı İdarəsində müdirİlqar Qəribova sığınmış və onun regionda “pulyığanı” vəzifəsini icra etmişdir. Elə 2020-ci ilin martın 11-də onun yığıb İ.Qəribova verdiyi pullar xidməti otağından aşkar edilərək polislər tərəfindən ifşa edilmişdir.Hazırda da yeni müdir A.Əlizadəyə “xidmət” göstərməkdədir.
 Polis URALı yerli polis Şöbbəsinə aparmışdır. Dərhal A.Əlizadə polisə ETSN tərəfindən məhz bu ağacların kəsilməsinə icazə verən rəsmi sənəd göstərdikdən sonra içi palıd ağacı ilə dolu URAL sərbəst buraxılmışdır. Deməli, nəticəyə gəlirirk ki, ETSN-nin məmurlarının təşkil etdiyi saxta sənədlər əsasında meşələrdəki bütün qiymətli ağaclar kütləvi məhv edilərək birbaşa mebel və parket sexlərinə daşınır. Budur, əldə edilən qazanc nəticəsində 8-ci ay müdir vəzifəsində işləyən Alim Əlizadə özünə 120000 manat dəyəri olan son model PAJERO markalı bahalı avtomobil almışdır. Belə palıdların kəsilməsini isə Kamran yalnız gecə vaxtı icra etdirir Və sonra daxili sənədləşmə aparırlar ki, guya naməlum adamlar tərəfindən ağaclar gecə kəsildiyindən meşə quldurları axtarışa verilir. Bu tərəfdən də həmin kəsilən və parket sifarişi ümün doğranmış ağacları günün günorta çağı, 2021-ci ilin yanvarın 18-də  ETSN Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinə aparmaq adı altında sifarişçiyə çatdırıb pul qazanırlar.  

Mənə Ombudsman Aparatından verdiyim şikayətlə bağlı 12 yanvar tarixli, ETSN-nazir müavini cənab F.Əliyevə ünvanlanan  məktubda qeyd edilir ki, X.Seyidovun Oğuz meşələrilə bağlı qanunsuzluqlara yol verilməsini göstərən faktların araşdırılmasını və nəticəsi barədə bizə məlumat veilməsi xahiş olunur” Biz bilirik ki, SOCAR-dan ETSN-nə axıb tökülmüş qeyri-ixtisas sahibləri olan nə nazir M.Babayev, nə nazir müavini F.Əliyev, nə Namiq Xıdırov, nə də digər sabiq SOCAR əməkdaşları Ombudsmana cavab verən deyillər.
     Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva!
ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən müdiri Alim Əlizadənin ETSN dəki havadarlarına arxalanaraq belə arxayınçılıqla yerli sakinlərin gözləri qarşısında ardıcıl cinayətlər törətməsi dövlətə və insanlığa qarşı cinayət hesab edilməlidir. İşlədiyi 8 ay ərzində meşələrimizi həm kürümə, həm də kütləvi kəsiminə şərait yaratmaqla bazarlıq edədərək qədim meşələrimizin məhv olmasına gətirib çıxaran qanunsuz əməllərin qarşısının alınması üçün bir daha  xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadğın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara və hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz.
Aktualinfo.org
Tarix: 19-01-2021, 10:57
Xəbəri paylaş



Xəbər lenti